Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:52

Roma Papası II İohan Pavel Bakı Katolik Kilsəsində yad edildi


Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” Roma Papası II İohan Pavelin vəfatıyla bağlı Bakıdakı Katolik Kilsəsində mərasim keçirildi. Ayinlər icra olunan yerin yuxarı hissəsinə Papanın portreti qoyulmuşdu. Kilsəyə toplaşanlar şamlar yandırır, onun ruhuna dualar oxuyurdular. Onlar Papanın ölümünün böyük itki olduğunu deyirlər.

İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kosta:

«Mən danışa bilmirəm. Adamın atası öləndə heç nə edə bilmir, susur və ağlayır. II İohan Pavel isə bizim ümumi atamız idi».

Roma Papası 2002-ci ilin mayında Bakıda səfərdə olarkən İrşad otelində qalmışdı. Otelin admistratoru Yaşar Nabatəliyev deyir ki, o Azərbaycan yeməklərini çox xoşlayırdı və çox sadə adam idi.

Bakıdakı ayrı-ayrı dini icmalar Katolik Kilsəsinə başsağlıqları göndəriblər. Bakıdakı Roma Katolik İcmasının rəhbəri Ofil İsmayılov deyir ki, Papa bütün dünyada sülh tərəfdarı idi.

Rus Provaslav Kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasının başsıçı Vladiqa Aleksand Ata isə bir çox tarixi hadisələrin Papanın adı ilə bağlı olduğunu deyir.

«Yəqin ki, Qərblə Şərq arasında düşmənçilik və qarşıdurma əsasən bu dahi şəxsiyyətin fəaliyyəti və duaları nəticəsində aradan qaldırıldı desək, səhv etmərik. Roma Papası İsa Məsihin sədaqətli xidmətçisi idi».

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Akif Ağayev deyir ki, II İohan Pavel Azərbaycana səfərindən sonra bu ölkə haqqında xoş sözlər danışırdı.

Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev də Papanın ölümünü bütün dünya üçün böyük itki sayır.

Bakıdakı Roma Katolik İcmasından verilən məlumata görə, gələn il Bakıda Roma Katolik Kilsəsinin tikintisinə başlanılacaq. Kilsənin tikintisi ilə bağlı razılıq II İohan Pavelin 2002-ci ilin mayında Bakı səfəri zaman əldə edilib.

Dini İşlər üzrə Dövlət Komtəsindən verilən məlumata görə, Azərbaycanda 135 nəfər katolik var.

Günün bütün mövzuları

XS
SM
MD
LG