Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:32
Rubrikalar

Aprelin 2-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində islam ölkələri gənclər və idman nazirlərinin ilk konfransı keçiriləcək


Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” Konfransda Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayev də iştirak edəcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasovun verdiyi məlumata görə, konrfransda islam ölkələrinin ilk olimpiadasına hazırlıq müzakirə olunacaq. Azərbaycan idmançılarının bu oyunlardakı iştirakına toxunulacaq.



Azərbaycanın qılıncoynatma üzrə qadınlardan ibarət yığma komandası Dünya Kubokunun növbəti mərhələ yarışlarında iştirak edəcək. Yığma komandanın baş məşqçisi Yaşar Məmmədovun verdiyi məlumata görə, yarışlar apreldə Əlcəzairdə, iyunda isə ABŞ-da keçiriləcək.



Aprelin 9-10-da Bakıda cüdo üzrə «B» kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Bu dəfə Bakı İdman Sarayına 12 ölkənin 200-dən çox idmançısı topaşacaq. Azərbaycan yarışda 8 idmançı ilə təmsil olunacaq. Onların arasında beynəlxalq dərəcəli cüdoçular - Elxan Rəcəbli, Mövlud Mirəliyev və Elçin İsmayılov da var. Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Federasiyasının prezidenti Narius Vizer yarışa fəxri qonaq kimi qatılacaq. Yarışlar sona çatandan sonra İran və Nigeriya yığma komandaları Azərbaycanda məşq toplantısı keçəcəklər.
XS
SM
MD
LG