Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:49

Bu il metroda gediş haqqı bahalaşmayacaq


Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” “Bakı Metropolitenində təhlükəsizlik tədbirləri yalnız 1999-cu ildən görülməyə başlayıb. Ancaq metrodan gündə 520 min sərnişin istifadə etdiyindən onların hər birini yoxlamaq mümkün deyil. Vəsait çatışmazlığından isə ancaq iki stansiyada monitor quraşdırılıb”.



Bu haqda Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bu gün keçirdiyi mətbuat konfransında məlumat verdi.



Tağı Əhmədov bu il metroda gediş haqqının artırılmayacağını da dedi. Gediş haqqınınsa kartlarla ödənilməsi planlaşdırılır. Bu gün «Elmlər Akademiyası» stansiyasında gediş haqqının kartlarla ödənməsi sistemi tətbiq olunmağa başlayıb.



Tağı Əhmədov dedi ki, əvvəlcə stansiyada bu sistemlə yalnız bir turniket – keçidə nəzarət aparatı xidmət göstərəcək. Ödəniş vaxtı Beynəlxalq Bankın kartından istifadə olunacaq. Bu sistem bir ay işləyəndən sonra daha 64 turniketdə tətbiq ediləcək. 2007-ci ilə qədərsə Bakı Metropoliteni bütün turniketləri kartlarla ödəniş sisteminə keçirməyi düşünür.



Tağı Əhmədov metro stansiyalarında müxalifət qəzetlərinin satışına qadağa qoyması haqda qərarını dəyişməyəcəyini də bir daha təkrar etdi.



Tağı Əhmədovun göstərişi ilə «Yeni Müsavat», «Azadlıq», «Bakı Xəbər», «Bizim Yol» və «Futbol+» qəzetlərinin satışı qadağan olunub. «Futbol+»un siyasətlə bağlılığı yoxdur.



«RUH» Jurnalistləri Müdafiə Komitəsi və Mətbuat Şurası dəfələrlə Bakı Metropoliteninin rəhbərliyinə müraciət edərək bu qərarı ləğv etməyə çağırıb. Bundan sonra komitə məhkəməyə müraciət etmək qərarına gəlib.



Bu gün isə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov prezident İlham Əliyevə müraciət ünvanlayıb, Tağı Əhmədovun qəzetlərin satışına qoyduğu qadağanın Azərbaycanın demokratik imicinə zərbə vurduğunu deyib.
XS
SM
MD
LG