Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:13

Hillari Klinton Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Dağlıq Qarabağ münaqişəsinin həllinə hər cür yardım göstərməyə hazırdı.

Bunu ATƏT-in Minsk qrupunun Yerevanda səfərdə olan Amerikalı Həmsədri Metyu Brayza deyib.

Amerikalı diplomat ANS-ə eksklyuziv müsahibəsində bildirib ki, prezidentlərin görüşünü təşkil etmək üçün həmsədrlərin regiona ayrı-ayrılıqda, habelə birgə səfəri nəzərdə tutulur və ümid edirəm ki, növbəti görüş mayın əvvəlində baş tutacaq.

Metyu Brayza yaxın günlərdə Azərbaycana gələcəyini deyib.
XS
SM
MD
LG