Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:01

Hərbi əsirlərin tezliklə azad olunacağı gözlənir


Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” Ermənistan Silahlı Qüvvələrinin əsir götürdüyü Azərbaycan Ordusunun üç əsgəri - Ruslan Bəşirov, Hikmət Tağıyev və Xəyal Abdullayevin yaxın bir neçə gündə azadlığa buraxılacağı gözlənilir.



Bu haqda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov məlumat verdi.



Onun sözlərinə görə, Ermənistanın Əsirlərlə iş üzrə Dövlət Komissiyası sədrinin müavini Mixail Qriqoryan azərbaycanlı əsgərlərin azad edilməsi üçün heç bir maneə olmadığını bildirib. Bu haqda razılıq hələ martın 18-də Tbilisidə keçirilən görüşdə əldə olunmuşdu.



Şahin Sayılov azərbaycanlı hərbçilərin Xankəndində saxlandığını, vəziyyətlərinin normal olduğunu da dedi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də əsirlərlə göruşub, onlarda fiziki zorakılıq əlamətləri qeydə almayıblar.



Əsir və itkin düşmüş, girov götütürülmüş vətəndaşların axtarışı üzrə Beynəlxalq işçi qrupunun Qarabağdakı üzvləri əvvəllər əsirlərlə bir neçə dəfə görüşsələr də, son vaxtlar bu görüşlər baş tutmur.



Qrupun Azərbaycandakı nümayəndəsi Əvəz Həsənovun sözlərinə görə, bununla belə, onun Qarabağda və Ermənistandakı həmkarlarına da azərbaycanlı əsgərlərin tezliklə azad olunacağı deyilib.



Azərbaycan Ordusunun əsgərləri - Ruslan Bəkirov, Hikmət Tağıyev və Xəyal Abdullayev bu il fevralın 15-də cəbhə xəttində əsir düşmüşdülər. Azərbaycan Müdafiə Nazirliyi onların azaraq qarşı tərəfə keçdiklərini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG