Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:57

"Ağzınacan dolu istibdad çəni"


Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” --“Nyu York Tayms”



Neftdən asılı olan ölkələrdə neft və demokratiya bir-birinə asan qovuşmur. 10 əsas neft ixracatçıları arasanda ancaq iki ölkə—Meksika və Norveç əsl demokratik ölkələrdir. Yalnız üç ölkədə—Nigeriya, Rusiya və Venesuelada məhdud da olsa demokratiya əlamətləri var.



Şübhəsiz, neft ixrac etməyən ölkələr də qeyri—demokratik ola bilərlər, amma faktlar göstərir ki, hökumət büdcəsinə sərbəst axan neft gəlirlərinin bu yöndə zərərli təsiri daha çox olur.



Yaxın gələcəkdə neft qiymətləri yüksək qalacaq, bu da avtoritar hökumətlərə möhkəmlənmələri üçün əlavə gəlirlər verəcək və deməli, demokratiyaya keçidi daha da çətinləşdirəcək.



Kasıb ölkələrdə neft gəlirlərinin siyasət və inkişafa vurduğu zərəri cilovlamaq üçün Birləşmiş Ştatlar başda olmaqla dünya ictimaiyyəti daha fəal iş aparmalıdır.



Artıq bəzi həll variantları işə salınır, ya da nəzərdən keçirilir. 2002—ci ildə Britaniya hökumətinin dəstəyi ilə başlanan Mədən Sənayəsində Şəffaflığın Artırılması Təşəbbüsü neft və digər xammalın satışından əldə olunan gəlirlər haqda məlumatlar toplamağa və tutuşdurmağa kömək edir.



Ancaq hələlik bu təşəbbüs cəmi dörd ölkə—Azərbaycan, Qırğızıstan, Nigeriya və Qananı əhatə edir. Bundan başqa, proqram pulun xərclənməsinə nəzarət etmir. Neft şirkətlərini hökumətlərə ödəmələri açıqlamağa məcbur etmək üçün “Global Witness” və “Transparency International” kimi beynəlxalq qurumlar “Xərclər haqda məlumatların nəşri uğrunda” kampaniyaya başlayıblar.



Bu təşəbbüslər onlara qiymət verilməsi baxımından hələ olduqca yenidir. Amma bu, xərclərin açılması istiqamətində doğru addımdır. Hərçənd, burada iştirak könüllüdür və bəzi əsas tərəfdaşlar, xüsusilə, Birləşmiş Ştatlar məlumatların icbari açılmasına qarşı çıxır.



--“Eurasia.net”



Ermənistan müxalifəti Birləşmiş Ştatlara prezident Robert Koçaryanın devrilməsində yeganə xarici tərəfdaş kimi baxır.



“Dünyanın bir ağası var və siz onun hansı ölkə olduğunu bilirsiniz”. Bunu şəxsi görüşdə tanınmış müxalifətçilərdən biri deyib.



Ancaq Birləşmiş Ştatların Ermənistan müxalifətinin dostluq təklifini qəbul edib—etməyəcəyi sualı açıq qalır. Rəsmi Vaşinqton keçən bahar müxalifətin etiraz hərəkatına az dəstək verib və hələlik siyasətində hər hansı bir dəyişiklik sezilmir.



Bəzi müşahidəçilərin fikrincə, ABŞ—ın regionda başlıca prioriteti olan Qarabağ münaqişəsinin həllinə ümidlərin artdığı bir vaxtda Amerikanın Koçaryanı vuracağı şübhəlidir.



--“Frankfurter Allqemayne”



Ruslar öz maraqlarına qarşı işlədiyini düşündükləri qurumun üzvü olmaq istəmirlər. Söhbət ATƏT—dən gedir.



Moskva ilin əvvəlindən qurumun büdcəsini boykot edir. Ancaq söhbət heç də puldan getmir. Onsuz da ATƏT—in illik 180 milyon avroluq büdcəsindən Rusiyanın payına 5 faizdən də az düşür.



ATƏT—lə bağlı mübahisədə söhbət əslində, demokratiyadan gedir. Bir az da konkret desək, ATƏT müşahidəçilərinin keçmiş Sovet respublikalarında seçkiləri daim qeyri—azad və ədalətsiz adlandırması rəsmi Moskvanı qıcıqlandırır.
XS
SM
MD
LG