Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Azərbaycanda rəsmi şəkildə soyqırımı günü qeyd olundu


Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” Rəsmi şəkildə Azərbaycanlıların soyqırımı günü elan olunmuş 31 martda Azərbaycanın rayon və şəhərlərində, o cümlədən paytaxtda xatirə tədbirləri keçirilib. Soyqırım qurbanlarının xatirəsi yad edilib.



Sumqayıt şəhərində, Müəllimlər İnstitutunun Gəncə filialında, Tovuz rayonunda, Şamaxıda anım mərasimləri keçirilib.



Bakıda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehtiyev və digər rəsmi şəxslər də Şəhidlər Xiyabanını ziyarət ediblər. 1918-ci ilin mart hadisələri parlamentdə də anılıb.



Ombudsman Elmira Süleymanova da Azərbaycanlıların soyqırımı günü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bəyanatda bildirilir:



“İki yüz ildir ki, ermənilər və onların havadarları azərbaycanlılara qarşı məqsədyönlü soyqırımı və deportasiya siyasəti yeridirlər, bütün beynəlxalq normalar kobudcasına pozulur. Uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verən bu hadisələrə reaksiyalar verilmir”.



Ombudsmanın bəyanatı BMT-nin baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan insan hüquqları üzrə müvəkkillərə, xarici ölkələrin Bakıdakı və Azərbaycanın xarici dövlətlərdəki səfirliklərinə göndərilib.



Azərbaycan tarixçilərinin yazdığına görə, 1918-ci il martın 31-də Bakı Kommunası rəhbərlərinin—Daşnak qruplarının himayəsilə Azərbaycanda milli qırğın törədilib.



Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi ilə Bakıda və qəzalarda on minlərlə dinc əhali məhv edilib, məscidlər, məktəblər, memarlıq abidələri dağıdılıb.



Şamaxı şəhərini və qəzanın 58 kəndini dağıdan erməni hərbi qüvvələri 7 minədək insanı qətlə yetiriblər. Onların 1 653 nəfəri qadın, 965-i uşaq olub.



20-ci əsr ərzində Ermənistanın təzyiqi nəticəsində ümumilikdə 2 milyona yaxın azərbaycanlı deportasiya edilib və ya soyqırımı qurbanı olub.



1998-ci ildə isə prezidentin fərmanıyla hər il martın 31-i Azərbaycanlıların soyqırımı günü elan olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG