Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:44

V. Yuşenko Bakıya rəsmi səfərə gələcək


Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfəri nəzərdə tutulur.



Bu barədə martın 31-də keçirdiyi mətbuat konfransında Ukraynanın Bakıdakı səfiri Anatoli Yurçenko məlumat verdi.



Səfirin dediyinə görə, prezident Yuşenkodan əvvəl Azərbaycana bu ölkənin xarici işlər naziri Boris Tarasyuk gələcək. Bundan sonra isə Ukrayna prezidentinin Bakıya səfərinin vaxtı konkretləşəcək.



«Xarici işlər nazirinin səfəri bu ilin mayın 18-19-na planlaşdırılıb. Prezidentin səfəri isə may ayından sonra gerçəkləşəcək».



Səfirin sözlərinə görə, prezidentin səfəri zamanı iki ölkənin qarşılıqlı əlaqələri müzakirə ediləcək.



Anatoli Yurçenko deyir ki, hazırda onlar Azərbaycandan Ukraynaya neft, neft məhsulları və bir sıra digər məhsulların ixrac olunması mexanizmi üzərində işləyirlər.



İndiyə qədər alınan məhsulların haqqını Ukraynanın ödəməsi məsələsinə gəlincə, səfir bildirir ki, hər iki ölkənin bir-birinə olan borcu təxminən eynidir. Hələ ki, bu borc ödənilməyib. Ancaq qərara alınıb ki, hökumətlərarası komissiyanın növbəti iclasında bu məsələyə baxılsın və onun ixrac əməliyyatlarına mane olmaması üçün müvafiq qərar qəbul edilsin.



Səfirin sözlərinə görə, hökumətlərarası komissiyanın iclasının iyun ayından gec olmayaraq Bakıda keçirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG