Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01

31 Martın soyqırım olması haqqında hüquqi sənəd yoxdur


Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” 31 Mart Azərbaycanda soyqırım günü kimi qeyd olunur. Mərkəzi küçələrdə dövlət bayraqları endirilir, dövlət rəsmiləri və əhali Şəhidlər Xiyabanını ziyarət edir. Tarixi mənbələrə görə, 1918-ci il martın 31-də Bakı kommunası milli qırğın törədib. Bakıda və qəzalarda on minlərlə dinc əhali qətlə yetirilib, məscidlər, məktəblər, memarlıq abidələri dağıdılıb. Ancaq bunlar hüquqi sənəd şəklini almayıb.



Azərbaycanın Cinayət Məcəlləsində isə soyqırımla bağlı maddə var. Qanunvericiliyə görə, hər hansı milli, etnik, irqi və dini qrupu bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə sağlamlığına zərər vurmaq, bir qrupa mənsub olan uşqları zorla başqa qrupa keçirmək soyqırımdır. Azərbaycan məhkəmələrində soyqırım faktıyla bağlı hökm çıxarılmayıb. Hüquqşünaslar deyirlər ki, belə bir hökm olmadığı üçün – yəni tarixçilərin dedikləri fikirlər köklü şəkildə araşdırılıb, sübuta yetirilib, hüquqi sənədə çevrilmədiyi üçün baş verənləri soyqrım kimi təqdim etmək hüquqi cəhətdən mümkün deyil. Hüquqşünas ekspert Müzəffər Baxışov da bu fikirdədir. O deyir ki, hansısa dövlətlər arasında münaqişə və müharibələr olsa da bu soyqırım kimi qiymətləndirilə bilməz.



Belə fikir də var ki, bu hadisələr haqda məlumatlar 1991-ci ildən-Azərbaycan müstəqillik qazanandan sonra meydana çıxıb. Buna görə də bu vaxta qədər hansısa hüquqi sənəd olmayıb. Azərbaycan qanunvericiliyinə görə, müəyyən müddət keçdikdən sonra cinayət hadisəsi kimi qiymətləndirilən hadisələr ya araşdırılmır, ya da onlara hüquqi qiymət verilmir. Ancaq bu sülh və insanlıq əleyhinə cinayətlər koteqoriyasına aid deyil. Bu qəbildən olanlara müddətlər tətbiq olunmur. Buna görə də qanunvericilik imkan verir ki, tarixçilərin dedikləri faktlar aşkar edilib, tədqiqatlar aparılıb məhkəmə hökmü çıxarıla bilərdi.



Azərbaycan hökuməti isə 31 martla bağlı təbliğat işləri aparır. Məsələn, Şəhidlər Xiyabanı ziyarət olunandan sonra xarici ölkələrin Azərbaycandakı diplomatik korpus nümayəndələrinin iştirakıyla tədbirlər keçirilir. Xarici ölkələrdə də təbliğata üstünlük verilir. XİN-dən dedilər ki, Azərbaycanın diplomatik korpus nümayəndələri akreditə olunduqları ölkələrin XİN-lərinə, dövlət rəsmilərinə bu haqda yazılı məlumatlar verirlər. XİN mətbuat xidmətinin rəhbəri Mətin Mirzə deyir ki, bu gün aparılan işlər ancaq bunlardır. Məsələni hüquqi cəhətdən qəbul etdirmək isə gələcəyin işidir.

Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili də 31 martla bağlı beynəlxalq təşkilatlara bəyanat göndərib. BMT-nin baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Şurasına, ATƏT-ə göndərilən bəyanatda deyilir ki, ötən əsrin əvvəllərində baş vermiş bu qanlı hadisə öz siyasi-hüquqi qiymətini almayıb, tarixin açılmamış səhifəsi kimi qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG