Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

Moskvayla Aşqabad yayda qaz kəmərinin tikintisilə bağlı müqavilə imzalaya bilərlər


Moskvada Rusiya prezidenti Dimitri Medvedevlə Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov arasında görüş olub.

Türkmənistan, Qazaxıstan və Rusiyanı birləşdirəcək qaz kəmərinin tikintisi əsas müzakirə mövzusu olsa da bununla bağlı elə bir sənəd imzalanmayıb.

Rusiya prezidentinin köməkçisi Sergey Prixadko deyib ki, burda elə bir fikir ayrılığı yoxdur, sadəcə məsələni yekunlaşdırmaq lazımdır.

O qeyd edib ki, layihənin dəyəri təxminən 1 milyard dollar olacaq.

Rəsmilərin sözlərinə görə sənəd iyun və ya iyulda imzalana bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG