Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:36

«Hazır ol!»


Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” «Yeni Azərbaycan» qəzeti yazır ki, Azərbaycan və Polşa arasında hərbi əməkdaşlığa dair saziş imzalanıb. Qəzet hesab edir ki, Azərbaycanda ordu quruculuğu üçün bu qəbildən sənədlər böyük əhəmiyyət kəsb edir.



«Rəsmi Bakı BMT-yə müraciət etdi». «Üç nöqtə» qəzeti yazır ki, Azərbaycan atəşkəsin müntəzəm pozulmasından narahatlığını bildirib.



«Azadlıq» qəzeti «Azərbaycanda məxməri inqilab qaçılmazdır» başlıqlı yazı dərc edib. Qəzet yazır ki, Azərbaycan müxalifəti AXCP-nin lideri Əli Kərimlinin himayəsi altında birləşməyə çalışır.



«Hazır ol!». «Zerkalo» qəzeti yazır ki, döyüş bölgəsində vəziyyətin getdikcə ağırlaşması hərbi əməliyyatların başlaması ehtimalının reallaşa biləcəyini düşünməyə əsas verir.



Polşa prezidenti Aleksandr Kvasnevski Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə «525-ci qəzet» ətraflı yazır.



«ABŞ kəşfiyyatının gizli siyahısında Azərbaycanın da adı varmı?». «Bakı Xəbər» yazır ki, Azərbaycan bu siyahıda layiqli yer tutmaq üçün bütün göstəricilərə malikdir.



«Xalq Cəbhəsi» AXCP-dən millət vəkili Asim Mollazadə ilə müsahibə dərc edib. Cənab Mollazadə deyir ki, partiyalar arasında bloklaşma orada təmsil olunan şəxslərin ambisiyaları ətrafında formalaşır.



«1918-20-ci illərdə türk-müsəlman soyqırımları» başlıqlı məqalədə «Azərbaycan» qəzeti həmin dövrdə baş verən olaylar haqda ətraflı məlumatlar dərc edib.



«Vaşinqton İlham Əliyevə təzyiqləri artırır». «Yeni Müsavat» yazır ki, Dövlət Departamenti əsas səylərin noyabrdakı parlament seçkilərinə yönəldiləcəyini deyir.



«Exo» qəzeti xəbər verir ki, Azərbaycandakı Çernobıl əlilləri Rusiya hökumətini onların hüquqlarını tapdaladığı üçün məhkəməyə verir.



«Ayna» qəzeti Gürcüstandakı İnsan Hüquqları və İnformasiya Mərkəzinə istinadən yazır ki, rəsmi Tbilisi azərbaycanlı jurnalisti və onun ailəsini təqib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG