Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:57

ATƏT-in Bakı ofisi 7 müxalifət liderinin məhkəməsindən narahatlıq ifadə edib


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” ATƏT-in Bakı ofisi Ali Məhkəmənin 7 müxalifət lideri ilə bağlı əvvəlki instansiyaların qərarını qüvvədə saxlamasından narahatlığını bildirib.



Bu gün yayımlanan bəyanatda qeyd olunur ki, "seçki məhbusları"nın bundan öncəki məhkəmələriylə bağlı ATƏT-in Monitorinq Qrupunun hesabatındakı iradları Ali Məhkəmə nəzərə almayıb.



Ali Məhkəmənin sədrinə təqdim olunan həmin hesabatda monitorinqi keçirilən məhkəmə proseslərinin nəinki beynəlxalq standartlara, heç ölkə qanunlarına da uyğun olmadığı vurğulanmışdı.



ATƏT-in Bakı ofisi prezident İlham Əliyevin "seçki məhbusları"nı da əhatə edən son əfv fərmanını alqışlasa da, həmin məhbuslarla bağlı qərarın qüvvədə qalmasının qarşıdakı parlament seçkilərinin şəffaflığını şübhə altına aldığını bildirir.



ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Ülvi Axundlu ATƏT-in hazırkı sədri Dimitri Rupelin həftəsonu Bakıya rəsmi səfəri zamanı bu məsələnin müzakirə olunacağını istisna etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG