Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Azərbaycanda başıbağlı gəzməyin çətinlikləri


Qüdrət Həsənquliyev
Azərbaycan ATƏT məkanında yeganə dövlətdir ki, burada qadınların baş örtüyü ilə pasport üçün şəkil çəkdirməsi qadağandır. On ildir ki, ölkədə inanclı xanımların şəxsiyyət vəsiqəsi almasında problemlər yaşanır. Halbuki, özünüifadə haqqı olan hicab taxılması hüquq insanın digər azadlıqların kimi tamamilə qorunmalıdır.

Bu fikirləri «İslam və demokratiya» verilişinin qonağı olan dini ekspert Hacı İlqar İbrahimoğlu deyir. Onun fikrincə, Azərbaycan bu məsələdə müəyyənləşməlidir

- Dünyəviliyi Allaha ziddə getmək kimi anlayırlar. Hərçənd dünyəvilik – ölkənin şəriət qanunları ilə idarə olunmamasıdır.

Millət vəkili Qüdrət Həsənquliyev hesab edir ki, dövlət orqanlarında işləyən şəxslər dövləti təmsil edənlər dini atributlarla işə gələ bilməz:

İlqar İbrahimoğlu
- Müsəlman kimi örtük taxan şəxslərə, papaq qoyub saqqal saxlayanlara, münasibətim pis deyil. Amma şəxs dövlət qurumunda işləyirsə, o, iş yerinə başıbağlı gələ bilməz. Həm də bəzən Azərbaycanda bundan sui-istifadə edirlər. Regionlarda azyaşlı qızları məcburən ərə verirlər, dördüncü sinifdən sonra məktəbə buraxmırlar. Bunu da dinlə əlaqələndirirlər.

Bir də görürsən, körpə uşağı yayın istisində başını bağlayıb qara paltar geyindirib məktəbə göndərirlər. Burda hansı azadlıqdan danışmaq olar? Əgər onlar uşağın bioloji valideynləridirlərsə, onunla istədiyi kimi davrana bilərlər? Valideynlər üçün inzibati və cinayət məsuliyyəti qoyulmalıdır. Qoy istənilən şəxs məktəbi bitirib şəxsiyyət vəsiqəsi alandan sonra özü qərar versin.
XS
SM
MD
LG