Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:20

Təbriz Ekspresdə bu həftə: "Azərbaycan Yazıçılar və Şairlər Əncüməni," Dr. Cavad Heyətə yeni mükafat


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Azərbaycan millisində Emin Quliyev zədə üzündən, Mahir Şükürov isə sarı vərəqə limiti dolduğundan İngilislərə qarşı oynaya bilməyib. Azərbaycan yığması dünənə kimi, bu seçmə mərhələdə Karlos Alberto Torresin başçılığı altında çıxdığı 5 oyunda cərimə zərbəsiylə 1 qol vurub, qapısındasa 12 qol görmüşdü. Yığma dünən, İngiltərə ilə oyuna kimi Bakıda Uelslə 1-1, Şimali İrlandiya ilə isə 0-0 heç-heçə edib, İngiltərəyə 0-1 yenilib, səfərdə Avstriyadan 2, Polşadan isə 8 cavablı top buraxmışdı.



Bir gün əvvəl isə, Azərbaycanın gənclər yığması İngiltərəli həmyaşıdlarına Con Velşin 26, Den Aştonun isə 41-ci dəqiqədə vurduğu qollarla 0-2 yenilmişdi.



2006-cı ildə Almaniyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində 6-cı qrupda yer alan Azərbaycan gənclər yığması isə keçirdiyi 6 oyundan yalnız 1 xal toplayıb, qapısında 11 qol görüb. Azərbaycan gəncləri bir dəfə də olsun qol vura bilməyib. Bakıda Uelsə 1-0, Almaniyaya 2-0 məğlub olan gənclər yığması Polşa və Avstriyaya səfərdə 3-0 , İngiltərəyə isə 0-2 hesabıyla yeniliblər. Yeganə xalını ötən il Bakıda, İngiltərəylə oyundakı qolsuz bərabərliklə qazanan Azərbaycan gənclər yığması qrupda sonuncu yeri tutur.



ABŞ-ın Las-Veqas şəhərində keçirilən həmin ölkənin açıq çempionatı başa çatıb. WKF versiyası üzrə milli karate federasiyanın prezidenti, VII dan qara kəmər sahibi Yaşar Bəşirov da daxil olmaqla Azərbaycan bu çempionatda 4 idmançı ilə təmsil olunub. Yaşar Bəşirovdan başqa Avropa çempionları - Rafael Ağayev (60 kq), Rüstəm Mədətov (65 kq) və Ceyhun Ağasiyev (70 kq) də Amerika Çempionatında işitrak edib. Rüstəm Mədətov kata yarışında qızıl, kumite turnirində isə gümüş medal qazanıb. Kumitedə Rafael Ağayev öz çəkisində çempion olub, Ceyhun Ağasiyev isə mütləq çəkidə ikinci yeri tutub. Veteranlar arasında qızıla isə federasiya prezidenti Yaşar Bəşirov yiyələnib. Komanda sıralamasında Azərbaycan yığması Amerika Açıq birinciliyinin qalibi olub.
XS
SM
MD
LG