Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:00

Qasırğa cənub rayonlarını işıqsız qoyub


Astara rayonda da 30 yaxın kənd işıqsız qalıb

Astara rayonda da 30 yaxın kənd işıqsız qalıb

Martın 24-dən əsən güclü külək Lerik, Yardımlı və Astara rayonlarına xeyli ziyan vurub.

Ən çox ziyan rayonların elektrik xətlərinə dəyib.

Lerik rayon Elektrik Şəbəkəsinin rəisi Aydın Məmmədovun «Azadlıq» radiosuna dediyinə görə, rayonun bütün istiqamətlərdə elektrik dirəkləri aşıb. Bu səbəbdən də bir sıra yaşayış məntəqələrinə işığın verilməsi dayandırılıb.

Astara rayonda da 30 yaxın kənd işıqsız qalıb. Güclü qasırğa dağ kəndlərinə gedən elektrik dirəklərinin əksəriyyətini sıradan çıxardıb.

Hazırda dəymiş ziyanın aradan qaldırılması yönündə işlər davam etdirilir. Rayon rəsmiləri deyirlər ki, günün sonuna qədər yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi bərpa ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG