Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:57

31 mart rəsmi olaraq azərbaycanlıların soyqırımı günü elan edilib.Vətəndaş Cəmiyyətində Debat Təşkilatının üzvləri Tural Abbaslı və Fuad Qurbanovun debatı da 1918-ci il martın 31-də baş verənlərin unudulub-unudulmamasıyla bağlıdır


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” 14-24-də sıra debatçılarındır. 31 mart rəsmi olaraq azərbaycanlıların soyqırımı günü elan edilib.Vətəndaş Cəmiyyətində Debat Təşkilatının üzvləri Tural Abbaslı və Fuad Qurbanovun debatı da 1918-ci il martın 31-də baş verənlərin unudulub-unudulmamasıyla bağlıdır.

Tural Abbaslı: Mən hesab edirəm ki, milli faciələrimizin əsas səbəbi unutqanlıqdır. Tarixə qısa nəzər salsaq görərik ki, 1905-1906-cı illərdə ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə aparıblar. Lakin buna vaxtında düzgün qiymət verilməyib və məhz xalqımızın unutqanlığı nəticəsində 1918-ci il 31 martda bu soyqırım yenidən təkrarlanıb və geniş vüsət alıb.

Düşünürəm ki, əgər 1905-ci ildən etibarən xalqımız bütün bu baş

vermiş hadisələrə düzgün qiymət versəydi və bunu öz qan yaddaşı hesab etsəydi bu tarixi faciələr bizim başımıza gəlməzdi.

Fuad Qurbanov: Mənə elə gəlir ki, milli faciələrimizi unutqanlıqla bağlamaq ən azından ədalətsizlik olardı. Çünki biz milli faciələrimizdən danışarkən onu da nəzərə almalıyıq ki, müxtəlif dövrlərdə qonşularımız özünün işğalçılıq siyasəti nəticəsində Azərbaycana qarşı bir çox təcavüzlər ediblər və bunun üçün müxtəlif vasitələrdən istifadə ediblər. Biz bunu unutqanlıqla heç cür bağlaya bilmərik. Çünki Azərbaycan xalqı heç vaxtheç bir tarixi prosesi, xüsusilə də milli faciələri unutmur. Ona müxtəlif dövrlərdə düzgün qiymət verilməsə də, müstəqillik dövründə hər bir prosesə düzgün qiymət verilib.

Tural Abbaslı: Unutqanlıqdır deməyə bir neçə səbəb var. Çünki bir neçə gün bundan əvvəl şəxsən apardığım sorğuya əsasən acınacaqlı bir qenətə gəlmək olar. 31 mart nə günüdür sualını verdikdə cavabların çox az bir hissəsi soyqırım olduğunu təsdiqlədi. Gənclər arasında bu gün müxtəlif gün kimi, hətta novruz bayramı günü kimi də səsləndirildi. Şəxsi fikrim budur ki, bugünkü bu unutqanlıq yuxarıda sadalanan unutqanlıqlardan daha faciəli ola bilər.

Fuad Qurbanov: Biz bütün bu problemləri həll etmək üçün təhsilimizdə və

cəmiyyətimizdə təbliğatı daha da genişləndirməliyik. Gənclər

arasında daha yaxşı təbliğat aparmalıyıq. Biz bu təbliğatı

düzgün apara bilsək, o zaman bizim bütün gənclərimiz bu

haqda kifayət qədər məlumatlı olar.
XS
SM
MD
LG