Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:10

İntellektual oyunlar sektoruna kim nəzarət etməlidir?<br>Canlı yayımda qazandığı uduşu ala bilməyənlərdən biri haqqını qorumağın yolunu axtarır


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Şiraz Abbasov da dekabrın 15-də belə alqışlanmışdı. Space TV-də Tornado Prodakşn şirkətinin hazırladığı “Erudit” verilişində mobil telefon udandan sonra. Amma Şirazın Sevinci elə də uzun sürməyib.



“Erudit” oyununun qaydalarına görə, SMS mesajlarla oyuna qatılan iştirakçılardan ilkin mərhələni keçənlərə bir sual da canlı bağlantı vaxtı verilirdi və bu suala cavab verən kəslər qalib ola bilirdi. Şiraz da belə qalib olmuşdu. Amma qaydalara görə qazandığı mobil telefonun 3 ay müddətində veriləcəyi bildirilsə də, nə onu Tornado Prodakşn şirkətindən itirib-axtaran olub, nə də qəhramanımız öz səyləriylə uduşunu ala bilib.



Mükafatını heç bir yolla göstərilən vaxtda ala bilməyən Şiraz Abbasov aldadıldığını düşünür və haqlarının qorumaq üçün artıq başqa yollara baş vurmaq istəyir. Dediyinə görə, artıq bu iş telefon yox, prinsip məsələsidir. Və Şiraz həm uduşunu ala bilmək, həm də aldadıldığna görə günahkarı cəzalandırmaq üçün məhkəməyə də baş vurmağı düşünür. Olayla bağlı Tornado Prodakşn şirkətiylə əlaqə saxlamaq cəhdlərimiz sonucda bir nəticə verdi.



Şirkətin prodüseri İbrahim Əhmədov Şiraz Abbasovun uduşunu ala bilməməsi faktını təsdiqlədi və hətta onun yeganə belə adam olmadığını da dedi. İbrahim Əhmədovun sözlərinə görə, veriliş bir ay sonra bağlandığndan onlar qaliblərinin bir çoxuna mükafat verə bilmirlər.



Oyunu təşkil eləyən Tornado Prodakşndan uduşları nə vaxtsa verəcəklərini desələr də, Azad İsteklakçılar Birliyinin sədri Eyyub Hüseynov mükafatın vaxtında verilməməsi faktının artıq qanunsuzluq olduğunu deyir.



Lotoreya və uduşlu oyunlara nəzarət edən və lisenziya verən qurum olan Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən isə məhz bu cür oyunlara nəzarət imkanlarının olmadığını dedilər. Komitənin Şöbə Müdiri Kamran Əlizadəcanlı efirdə keçirilən intellektual oyunun Azərbaycan qanunvericiliyiunə görə, lotoreya olmadığını və bu üzdən bu sahəyə nəzarət etmədiklərini deyir.



Qiymətlıi Kağızlar üzrə Dövlət Komitəsinin şöbə müdiri Kamran Əlizadə isə, bu durumda- göstərilən müddətdə mükafatını ala bilməyən Şirazın hüquq-mühavizə orqanlarına müraciət etməli olduğunu deyir.



Azad İstehlakçıalr Birliyindən Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycan qanunvericiliyində belə hallar nəzərdə tutulub və hüququ pozulanın iddiasından asılı olaraq asılı olaraq qanunuz pöozan tərəfi nəinki qazanılan mükafatı və təzmiunat verməyə məcbur eləmək, hətta daha ağır qaydada cəzalandırmaq da olar.

Eyyub Hüseynov



Bu, Azad İsteklakçılar Birliyindən Eyyub Hüseynovun dedikləriydi. İntellektual oyunlarda qazandığı uduşunu ala bilməyənlərin probleminin başqa məqamları isə Cümə Axşamı Ortaq Məxrəc verilişində müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG