Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:39
Rubrikalar

2006-cı ildə keçiriləcək Dünya Çempionatının seçmə oyununda səfərdə Polşaya 0-8 hesabıyla məğlub olan Azərbaycan yığmasında məşqçi dəyişikliyi baş verməyəcək


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Oyundan sonra keçirilən iclasda belə qərar verilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının sözçüsü Məzahir Süleymanzadə 1 oyunun nəticəsinə görə, yığmanın Braziliyalı çalışdırıcısının istefaya göndərilməyicəyini, onun özünün də istefa vermək istəyində olmadığını bildirib. Və bəzi Azərbaycan kütləvi informasiya vasitələrində Karlos Alberto Torresin istefa verməsi xəbərini yalanlayıb. AFFA-nın sözçüsü bəzi media qurumlarında yığma oyunçularıyla Torres arasında qarşıdurma olması haqda deyilənləri və yığmanın Torresi istefaya göndərmək üçün Polşalılara belə uduzmasını da yalan adlandırıb.



Martın 30-da Nyukasl şəhərində İngiltərə yığmasıyla qarşılaşacaq Azərbaycan yığması artıq bu şəhərdə hazırlıq keçir. İngiltərənin Mirror.co.uk internet qəzetinin məlumatına görə, oyunla bağlı Azərbaycan və İngiltərə yığmalarının çalışdırıcılarının qatıldığı mətbuat konfransında Karlos Alberto Torres - oyunçuları Polşayla oyunda polduğu kimi, pis oynayarsa İngilislərə 10-0 hesabıyla məğlub olmaqdan çəkindiyini deyib. Azərbaycanın Polşaya 0-8 hesabıyla məğlub olduğu gün, İngiltərə yığması Şimali İrlandiyanı 4-0 hesabıyla darmadağın etmişdi. Və Azərbaycan yığmasının çalışdırıcısı İngilislərin yenə belə güclü, Azərbaycanın isə yenə zəif oynayacağı halda, komandasının 0-10 hesabıyla yenilgisinə təəccüblənməyəciyini bildirib. 2006-cı ildə Almaniyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələ yarışlarında 6-cı qrupdakı Azərbaycan millisi 5 oyuna iki xalla qrupda sonuncu, İngiltərə isə 13 xalla birinci yerdədir və İngiltərə yığması Azərbaycanla oyuna optimal heyətlə çıxa biləcək.



18 ölkədən 138 boksçunun qatıldığı Ənvər Çoudrinin şərəfinə Bakıda keçirilən 9-cu turnirdə Azərbaycan idmançıları birinci olub. Ceyhun Abıyev, Elşən İsmayılov, Şahin İmranov, Emil Məhərrəmov, Ruslan Xairov və Elçin Əlizadə Azərbaycana qızıl medal qazandırıb. 5 Azərbaycan boksçusu gümüş, 4-ü isə bürünc medallara sahib olub.Komanda yarışlarında Azərbaycan idmançıları qalib gələrkən, Qazaxıstan 2-ci, Türkiyəli boksçular isə 3-cü olub.





Azərbaycan qılıncoynadanı Janna Muradqızı Fransada – Orlean şəhərində keçirilən Dünya kubokunun növbəti mərhələsində bürünc medal qazanıb. Qılıncoynatma millisinin lideri Yelena Jemayevanı əvəzləyən Janna Muradqızı ancaq dünya çempionları olan rusiyalı Yelena Neçayeva və Fransalı Liza Tuyyadan geri qalıb. Azərbaycanın gənclərdən ibarət sablya yığması isə Avstriyanın Linç şəhərində keçirilən Dünya çempionatında şəxsi birincilikləri başa vurub. Minə yaxın idmançının qatıldığı yarışda Cəlil Əsgərov, Ruslan Əzizov, Ramin Əmirov, Səbinə Əmrahzadə, Sevil Bünyadova və Aidə Ələsgərova təsnifat mərhələsində 3 qələbə qazansalar da, 1/64 finalda rəqiblərinə yeniliblər. Xanım sablyaçıların komanda oyunları martın 29-da, oğlanlarda isə 1 gün sonra keçiriləcək.





Bazar günü Fransada bədii gimnastika üzrə növbəti Qran-Pri başa çatıb. Çoxnövçülükdə Azərbaycanı təmsil edən Dinarə Gimatova 8-ci, Anna Qurbanova isə 19-cu olub. Ayrı-ayrı növlər üzrə də mübarizəyə qatılan bu idmançılar digər növlərdə ilk 10-luğa düşə bilməyib.
XS
SM
MD
LG