Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Eldar Namazov: mən əminəm ki, Ukrayna, Gürcüstan və Qırğızstanda gedən proseslər Azərbaycan üçün hələ qabaqdadır


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Milli QHT forumunun prezidenti Azay Quliyev deyir ki, Gürcüstan Ukrayna və Qırğızıstanda baş verən hadisələri əslində Azərbaycan təkcə 2003-cü ilin oktyabr hadisələrində yox əvvəllər də – 1992-ci ilin mart, may aylarnda, 1993-cü ilinsə iyun ayında keçib. Sadəcə həmin vaxt bunların adına rəngli inqilablar deyilmirdi.

Azay Quliyevin fikrincə, bu gün Azərbaycanda müxalifət vahid blokdan çıxış etmək iqtidarında deyil. O deyir ki, müxalifətdaxili çəkişmələr, şəxsi haqq-hesab çəkmə ehtiraslarının sönməməsi iqtidara belə proseslərin qarşısını almağa şərait yaradır. Bütün bunlar isə noyabr ayında Azərbaycanda keçiriləcək parlament sepçkilərində digər olkələrdə baş verənlərin təkrarlanacağı ehtimalını sıfıra bərabər edir.

Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov da son dövrlər post sovet məkanında gedən proseslərin Azərbaycan üçün artıq arxada qalması barədə səslənən fikirlərlə razılaşmadığını bildirir. O 2003 – cü ilin oktyabr ayında baş verənlərdən sonra ölkədə yenidən belə bir hadisənin yaşanmayacağını iddia edənlərin yanıldığını bildirir. «mən əminəm ki, bu proses Azərbaycanda hələ qabaqdadır. Çünki, ölkədə hələ də demokratik prinsiplər bərqərar olumnmayıb».

Cənab Namazov əlavə edir ki, indi ictimai rəy tamamilə başqa cürdür. Artıq Gürcüstan, Ukrayna və Qırğızıstanda gedən proseslər göz qabağındadır. Azərbaycan cəmiyyəti bütövlükdə dərk eləyir ki, avtoritarizmdən demokratiyaya keçidi təmin etmək lazımdır. Bu nə qədər tez baş versə, milləti narahat edən problemlər də o qədər tez həllini tapar.

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva isə hesab edir ki, Adı çəkilən ölkələrlə Azərbaycanı eyniləşdirmək olmaz. Onun sözlərinə görə, həmin ölkələrdə rejim zəif olub. Azərbaycanda isə zəngin təbii sərvətlər rejimin əsaslarını möhkəmlətmək imkanı yaradır. Eyni zamanda xarici faktor məsələsində də bu ölkələr arasındakı vəziyyət fərqlidir. İnqilabların baş verdiyi ölkələrin rəhbərliyi yayvaş – yavaş Rusiyayanın təsir dairəsinə düşürdü. Bu Qərb üçün təhlükə yaradırdı. Azərbaycan iqtidarı isə qərbpərəstdir:

«Ansaq digər tərəfdən rejimin özünün asanlıqla demokratikləşməyə getməməsindən qərbə təhlükə gəlir. Bu məqam və mövcud olan sosial problemlər digər faktorları netirallaşdırır. Vəziyyətin necə olacağı yaxın bir neçə ayda bilinəcək».

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva belə deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG