Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

Mehriban Əliyevanın fəal siyasətə gəlişi istisna olunmur


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Ölkənin birinci xanımının siyasətə gələcəyi həmişə yarızarafat, yarıciddi müzakirə olunsa da, o özü bunu inkar edirdi. Elə bir müddət əvvəl jurnalistlərlə söhbətində də bunu açıq bəyan etmişdi. Ancaq artıq Mehriban Əliyeva hakim partiyanın Siyasi Şurasının üzvüdür. Və söhbət etdiyim ekspertlərin bir çoxu bunu ölkənin birinci xanımının böyük siyasətə gəlişinin tərkib hissəsi kimi qiymətləndirirlər. Məsələn, «Ayna-Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğluna görə, Siyasi Şuranın ardınca o, hakim partiyanın İdarə Heyətinin üzvü olması və daha yüksək vəzifələr tutması mümkündür. Hətta sonuncu qurultayda ləğv olunan birinci müavinlik postu da yenidən bərpa edilə və Mehriban Əliyeva sədrdən sonra partiyada ikinci şəxsə çevrilə bilər.



Azər Rəşidoğlunun qənaətincə, uzun zamandır təbliğatı aparılan ölkənin birinci xanımının siyasətə gətirilməsi səbəbsiz deyil. O düşünür ki, hakim komanda hər hansı fors-major vəziyyətdə indiki haikmiyyətə real təhlükə zamanında ona istinad edərək edəcək, iki il öncə İlham Əliyevin ətrafında birləşdiyi kimi indi də birinci xanımın ətrafında birləşə bilər. Ekspert Mehriban Əliyevanın parlament seçkilərində iştirak etməklə gələcəkdə Milli Məclisin sədri və ya sədr müavini olacağını da istisna etmir.



«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə Mehriban Əliyevanın siyasətə gəlişinin arxasında ciddi məqsədlər dayandığına inanmır. Ekspert onun parlament seçkilərində iştirakını istisna etməsə də, hesab edir ki, xanım Əliyevanın indiki missiyası hakim partiyada İlham Əliyevin zəifləmiş dayaqlarını möhkəmləndirmək, hansısa qrupu öz ətrafında cəmləşdirmək ola bilər.





Ərəstun Oruclu Mehriban Əliyevanın gələcəkdə parlament sədri olacağını və ya başqa yüksək vəzifə tutacağını düşünmür. Onun fikrincə, şərait dəyişir və bunu Qırğızıstan hadisələri də göstərir. Ancaq Azər Rəşidoğlu Ərəstun Oruclu ilə razılaşmır. O hesab edir ki, Yeni Azərbaycan partiyasının sonuncu qurultayı göstərdi ki, hakim komanda Qırğızıstanda baş verənlərdən nəticə çıxartmayıb. YAP-da yenə də Əliyevlər ailəsinin yaxınlarının təmsil olunması və səhiyyə nazir Əli İnsanov kimi ailəyə xilaf çıxanların partiyada yüksək postlardan uzaqlaşdırlıması belə deməyə əsas verir. Şərhçinin sözlərinə görə, elə bu da bir daha təsdiqləyir ki, növbəti parlamentdə də Əliyevlər və onlara yaxın dairələrin nümayəndələri üstünlük təşkil edəcək.



Politoloq Zərdüşt Əlizadə isə ziyalı ailədən çıxmış, təhsilli bir xanım olan Mehriban Əliyevanın siyasətə gəlişində təəccüblü heç nə görmür. O ki qaldı, Qırğızıstanda baş verənlərlə müqayisələrə, politoloq deyir ki, hər şeydən əvvəl Azərbaycan cəmiyyətinin ovqatını, burdakı prosesləri təhlil etmək lazımdır. Yalnız bundan sonra bilmək olar ki, Azərbyacan belə dəyişiklikləri istəyirmi, buna qadirdimi? Eyni zamanda Qərb özü necə bu dəyişiklikldə maraqlıdırmı? Politoloq Zərdüşt Əlizadə deyir ki, yalnız bu iki suala cavab tapılandan sonra demək olar ki, Azərbaycan 1995-ci ilin ab-havası ilə yaşayır, yoxsa 2005-ci ilin?

Günün bütün mövzuları

XS
SM
MD
LG