Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:08

Referendum norveçli jurnaslitin gözü ilə


İlham Əliyev referendumda səs verir. 18 mart 2009
İlham Əliyev referendumda səs verir. 18 mart 2009
Norveçin «Aftenposten» qəzeti martın 18-də Azərbaycanda keçən referendumla bağlı məqalə dərc edib. «Qara qızıl üstə oturan sülalə» adlı məqalədə deyilir ki, qeyri-adi heç nə baş verməsə Azərbaycan bu əsrin sonuna qədər Əliyevlər ailəsi tərəfindən idarə olunacaq.

Məqalə müəllifi Halvor Työnn yazır ki, çərşənbə günü İlham Əliyev faktiki olaraq öz xalqından ömrlük prezident olmağa halallıq aldı. Doğrudur, bunun üçün hər 4 ildən bir prezident seçkiləri keçirilməlidir, lakin Azərbaycanda bu heç bir problem deyil.

Müəllif xatırladır ki, son illərdə ölkədə keçirilən bütün seçkilərdə Əliyevlər ailəsi və onun nəzarətində olan Yeni Azərbaycan Partiyası azından 80 faiz səs toplayır. Bu nəticələrin səbəbini izah edən H.Työnn sovet seçki prinsipini xatırladır: «Kimin səs verməsi vacib deyil, əsas odur ki, səsləri kim sayır» və əlavə edir ki, Azərbaycandakı seçkilər Əliyevlər ailəsinin özü tərəfindən təşkil olunur.

Məqalədə daha sonra deyilir ki, Əliyevlər Azərbaycanda hakimiyyətə 1969-cü ildə Brejnev tərəfindən gətirilib. İndiki prezidentin atası Heydər Əliyev uzun illər korrupsiyaya qurşanmış bu sovet respublikasını polis gücünə idarə edib. Sonra Moskvaya, siyasi büroya gedib. 1991-ci ildə bir necə illik siyasi işsizlikdən sonra millətçi qiyafəsində yenidən Azərbaycanda peyda olan Heydər Əliyev 1993-cü ildə, Azərbaycan xaos astanasına qədəm qoyanda respublikada hakimiyyəti geri alıb.

O 2003-cü ildə ömrünün son günlərində İlham Əliyevi öz varisi elan edərək onu baş nazir təyin edib. Onun ölümündən sonra isə İlham Əliyev prezident sarayında qədəm qoyub.

Məqalə müəllifi iddia edir ki, referendumdan sonra 47 yaşlı İlham Əliyev Azərbaycana atası qədər uzun illər ərzində rəhbərlik edə bilər.

Məqalənin sonunda Əliyevlər ailəsinin varislik probleminin olmadığını yazan H.Työnn xatırladır ki, İlham Əliyevin də oğlu var, adı da Heydərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG