Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:50

Qırğızıstanda iki parlamentin legitimlik uğrunda mübahisəsi hələ yoluna qoyulmayıb


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Radiomuzun müxbiri Jan Kristov Pökün Bişkəkdən verdiyi xəbərə görə, həmin problem ola bilsin sabah çözüləcək.



“Parlamentin yuxarı palatası sabah yığılaraq üznu buraxmağa razılaşıb. Belə olarsa bu konstitusiya böhranına son qoya bilər. Amma hələ görək sabah nə olacaq və onlar nə qərar çıxaracaqlar.”



Səlahiyyət müddəti aprelin 14-də başa çatmalı olan ikipalatalı keçmiş parlamentlə təkpalatalı yeni parlamentin üzvləri bu gün Bişkəkdə danışıqlar aparıblar.

Bazar günü axşam Qırğızıstan Mərkəzi seçki komisiyası aprelin 27-də və martın 13-də iki dövrə seçkilərində seçilən deputatların mandatlarını təsdiqləyib. Mübahisəli 13 dairədə yeni seçkilər təyinb edib. Bazar ertəsi yeni parlament Omurbek Tekabayevi sədr seçməklə işə başlayıb. Amma MSK-nın qərarı Ali Məhkəmənin seçkinin nəticələrini ləğv eləmək barədə 24 mart tarixli qərarına ziddir. Ali Məhkəmə avtomatik olaraq keçmiş ikipalatalı parlamentin səlahiyyətini uzatmışdı.

Son beş gündə Qırğızıstan əslində iki rəqib parlamentin mübarizə meydanına çevrilib. Yeni parlament seçkilərində fırıldaqlar olamsı iddiasıyla başlayan etiraz aksiyaları ötən həftə Prezident Əsgər Akayevin devrilməsinə səbəb olmuşdu. Keçmiş müxalifət lideri və ötən həftəyəcən məhbus, hazırda isə güc qurumlarına məsul olan Feliks Kulov dünən keçmiş parlamentə müraciət eləyərək yeni parlamenti tanımağa çağırmışdı. Kulovun çağrışşları yeni parlamenti tanımaq barədə kabinetin və prezident aparatının yerləşdiyi Ağ Ev qarşısında mitinq keçirənlərlə səsləşir. Nümayişçilər aralıq dövr baş naziri və aralıq dövr prezidenti Kurmanbek Bakiyevi köhnə parlamenti dəstəkləməkdə günahlandırırlar.



Həmin parlament ötən həftə Bakiyevi həm baş nazir, həm də prezident təyin eləmişdi. Yeni parlament isə onu yalnız baş nazir kimi təsdiqləyib. Konstitusiyaya görə prezident olmayanda onun vəzifəsini baş nazir icra edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG