Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:50

Ekspertlərin qənaətincə, müxalifət Qırğızıstandakı hadisələrdən hansı nəticəni çıxartmalıdır?


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” MDB məkanında növbəti seçkilər Azərbaycandadır. Bu haqda indi hamı danışır. Danışılan və dartışılan mövzulardan biri də Azərbaycan müxalifətinin Ukrayna, Gürcüstan və Qırğızıstan hadisələrindən hansı nəticəni çıxarması haqqındadır. Ortaya çıxan suallardan biri belədir: müxalifətə vahid lider lazımdır ya yox?



Qırğızıstan seçkilərini yaxından izləmiş, bu ölkəyə bələd olan «İnam» Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazinin çıxardığı nəticə belədir ki, Azərbaycan müxalifəti Ukrayna və Gürcüstan modelinə üstünlük verməli, Qırğızıstandakı kimi seçkiyə pərakəndə halda getməməlidir. Əks halda bu ölkədəki kimi xoşagəlməz hadisələr baş verə bilər.



Şərhçi Nailə Yaqublu isə hesab edir ki, Azərbaycandakı son son iki seçkidən nəticə çıxartmalı məqamlar çoxdur. 2000-ci ilin parlament seçkilərini xatırladan şərhçi o zaman da müxalifətin seçkiyə blok şəklində getmək istədiyini, amma elə seçki ərəfəsində həmin blokun dağıldığını deyir. «Eləcə də seçkidən sonra müxalifət parlamentin legitimliyini tanımamaq və seçilən deputatların belə mandatlarından imtinası haqda qərar vermişdi. Amma az sonra bu qərar da pozuldu».



Nailə Yaqublu həmçinin son prezident seçkiləri zamanı baş verənləri yada salır. O zaman seçkiyə bir neçə gün qalmış Xalq Cəbhəsi partiyası islahtçılar qanadının rəhbəri Əli Kərimli və Demokrat partiyasının rəhbəri Rəsul Quliyev öz elektoratlarını Müsavat partiyasının başqanı İsa Qəmbərə səs verməyə çağırmışdılar. Amma şərhçinin sözlərinə görə, seçkidən sonra bu partiyaların, yəni haikmiyyətə birgə gəlmək istəyən bu üçlüyün birgəliyi müşahidə olunmadı.



Nailə Yaqublu hesab edir ki, nəinki Qırğızıstan hadisələri, elə bu son iki təcrübə Azərbaycan müxalifətini nəticə çıxarmağa sövq etməlidir. Hərçənd hazırda gedən proseslər bu haqda optimist danışmağa əsas vermir. Nailə Yaqubluya görə, düzdü, artıq seçkilərə birgə gedəcəiyni deyən Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyaları ümumi razılaşma əldə ediblər. Amma incəlikləri, detalları razılaşdırmayıblar. Şərhçinin fikrincə, o incəliklər razılaşdırlmayana qədər müsbət nəticədən danışmaq olmaz.



«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev isə hesab etmir ki, müxalifət seçki ərəfəsində vahid lider seçməlidir. Düzdü, ekspert bunun, yəni müxalifətin vahid lider və ya təşkilat ətrafında birləşmə ehtimalını ideal variant sayır. Amma indiki halda bunun mümkün olmadığını düşünür. Ona görə də düşünür ki, indi müxalifət prezident seçkisindən sonra elektoratla itirdiyi əlaqəni bərpa etməlidir.



Nailə Yaqublu isə başqa məqamı önə çəkir. O deyir ki, istənilən ölkədə parlament seçkiləri prezident seçkilərinə körpüdür. «Bu baxımdan yenə də Ukrayna, Gürcüstan inqilablarına nəzər salmaq yetərlidir. Hər iki ölkədə də artıq parlament seçkiləri ərəfəsində müxalif qüvvələrin bir lider və ya partiya ətrafında birləşmə meylləri hiss olunurdu. Təəssəvür edək ki, Azərbaycanda parlament seçkilərinin nəticələri yenə saxtalaşdırıldı. Sual da elə bu zaman yaranır ki, məhz bu məqamda müxalifət nümunə gətirilən ölkələrdə olduğu kimi birləşə biləcəkmi?

Yəqin ki, haqqında danışılan müxalifətin də deyilənlərlə bağlı mövqeyini bilmək maraqlı olardı. Bu düşərgənin təmsilçilərindən biri - Xalq Cəbhəsi islahatçılar qanadının rəhbəri Əli Kərimli də Azərbaycanda Qırğızıstan yox, Ukrayna inqilabının baş verməsini istədiyini deyir. Və hesab edir ki, Azərbaycan müxalifətinin iradəsi çatacaq ki, 2003-cü ildə bacarmadığını 2005-ci ildə bacarsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG