Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:19

Bir həftəlik bayram tətilini harada və neçəyə keçirmək olar?


Yerli turizm şirkətlərindən deyirlər ki, istirahətə qrupla getmək əlverişlidir

Yerli turizm şirkətlərindən deyirlər ki, istirahətə qrupla getmək əlverişlidir

Bir həftəlik bayram tətilini harada və neçəyə keçirmək olar? Bu sualla Bakıda fəaliyyət göstərən bir neçə turizm şirkətinə müraciət etdik. Şirkətlərdən bildirdilər ki, indiki mövsüm hələ ki, qış mövsümü sayıldığı üçün qiymətlər yay aylarına nisbətən ucuzdur. Amma ötən ilin eyni mövsümüylə müqayisədə qiymətlərdə fərq yoxdur. Beləliklə, harada və neçəyə dincəlmək olar?

MəkanNəfərMüddət (günlə)Yemək (dəfə)Qiymət (manatla)
Nabran21səhər yeməyi60-80
Quba21səhər yeməyi75 manatdan başlayır
Qəbələ21səhər yeməyi50-70
Quba11370-90
Şəki11340-60
Lənkəran13370-90
Lerik12350-60

Cədvəldə göstərilən qiymətlərə oteldə qalmaq da daxildir. Bəzi turizm şirkətləri təklif etdikləri 2-3 günlük və 1 həftəlik paketlərə ekskursiya və nəqliyyat xərclərini də daxil edirlər. Yerli turizm şirkətlərindən deyirlər ki, istirahətə qrupla getmək əlverişlidir. Belə də qiymətlər nisbətən ucuz olur.

Şirkətlərin xarici turizm bölməsinin əməkdaşları da deyirlər ki, təxminən 700-1500 manata Türkiyəyə, Kipr Türk Respublikasına, Dubaya bir həftəlik paket seçmək olar. 1 nəfərlik paketə aviabilet, 4-5 ulduzlu otel, gündə 3 dəfə yemək və ekskursiya daxildir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG