Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:55

“Zanbaq inqilabı”nın uğuru heç ola bilər


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” --“Fiqaro”



Xalq inqilabları Gürcüstanda avtoritar Şevadrnadze, Ukraynada Kuçma və Qırğızıstanda Akayevi devirdikdən sonra keçmiş SSRİ-nin bütün istibdadçıları “inqilab epidemiyasından” tir—tir əsirlər.



Yerevan, Daşkənd və hətta Moskva da daxil olmaqla Minskdən tutmuş Bakıyadək keçmiş SSRİ respublikalarının əksəriyyəti bu gün inqilab hərəkatları üçün potensial namizədlərdir.



2005-ci ilin noyabrında gözlənən parlament seçkiləri ərəfəsində “əliyevlər klanının” rəhbərlik etdiyi Azərbaycanda vəziyyət qeyri—sabitdir.



2003-cü ilin oktyabrında prezident seçkisinin nəticələri elan olunan gün Bakıda sonradan qəddarlıqla yatırılan iğtişaşlar baş qaldırıb. O vaxtdan parçalanmış müxalifət Xalq Cəbhəsi partiyasının lideri Əli Kərimlinin çətiri altında birləşməyə çalışır.



Öz hakimiyyətini uzatmağa çalışan “əliyevlər klanı” isə Qərbə özünü iri neft şirkətlərinin Xəzərdə investisiyalarının qarantı kimi qələmə verməkdə davam edir.



--“Krisçen Sayns Monitor”



Böyük pozuntularla seçildiyi bildirilən yeni qırğız parlamentinin legitimliyinin tanınması “zanbaq inqilabı”nın əsas nailiyyətini heçə endirə və etiraz aksiyalarının iştirakçılarını özündən çıxara bilər.



Bazar ertəsi Qırğızıstan parlamentinin köhnə tərkibi yerini fevral və martda seçkilərin birinci və ikinci turunda qələbə çalan parlamentarilərə verib. Onların arasında prezident Akayevin qızı və oğlu da var.



Hərçənd, prezident aparatının tutulması ilə nəticələnən kütləvi iğtişaşların səbəbi məhz parlament seçkilərinin saxtalaşdırılması və seçicilərin qorxudulması olub.



Bazar ertəsi bir neçə yüz müxalifət fəalı parlamentin binası qarşısında toplaşıblar.



“Onlar xalqın qələbəsini oğurlayıblar”—deyən aksiyanın təşkilatçısı Alla Şabayevanın sözlərinə görə, “yeni hökumət əvvəlkinə oxşamağa başlayır. Onlar xalqın istədiyini etməsələr, biz daha bir inqilab edəcəyik”.



Mitinqçilər təkrar seçkilərin keçirilməsini tələb edirlər.



--“Los Anceles Tayms”



Son 16 ayda qansız inqilablar Moskvanın üç post—Sovet ölkəsi üzərində hökmranlığını qurmaq cəhdlərini puç edib.



Rusiyalı təhlilçi Stanislav Belkovski deyir ki, “bu gün bütün dünya Rusiyanın gücsüz və nə isə bir şey etmək iqtidarında olmadığının şahidi olub. Və gələn dəfə artıq heç kəs vasitəçilik və ya himayədarlıq üçün Rusiyaya üz tutmağı düşünməyəcək. Hamı başa düşür ki, aslan ölüb və ondan qorxmağa dəyməz”.



Moskva Karneqi Mərkəzindən Aleksey Malaşenko isə deyir ki, “baş verənlərin yeganə mümkün izahı vəziyyətin qiymətləndirilməsində səhv hesablamalardır”.



“Biz düşünürdük ki, ümumilikdə, kütlə passivdir və hər bir halda avtoritarizm keçmiş SSRİ ərazisində hökmranlıq edəcək. Qırğızıstandakı hadisələr bizim nə qədər yanıldığımızı göstərir”.



--“İnterneşnl Herald Tribyun”



Rusiyayla həmsərhəd ölkələrdə seçki prosesləri və insan haqlarıyla bağlı vəziyyətə ATƏT—in artan təsirindən qıcıqlanan rəsmi Moskva qurumun bu il üçün büdcəsinin ratifikasiyasını boykot edib.



ATƏT-in Vyanadakı baş qərargahında hesab edirlər ki, bununla Moskva təşkilata təsir etmək istəyir.



Hollandiyanın ATƏT—dəki səfiri Daan Everts deyir ki, “məsələ pulda deyil. Rusiya yeni qaydalar təklif edir. O istəyir ki, təşkilat insan haqlarıyla daha az məşğul olsun və əsas diqqəti hərbi, iqtisadi problemlərə və ətraf mühit məsələlərinə yönəltsin”.



Rusiyanın qurumdakı səfiri Aleksey Borodavkin də deyir ki, “biz pul ödəməy
XS
SM
MD
LG