Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:57

Azərbaycanda 3 min nəfər İkinci Dünya müharibəsi iştirakçısı qalıb


Səs: Real audio
“Yuşenko məmurların hamama getməsini qadağan edir” İkinci Dünya müharibəsinin veteranları dövlət himayəsinə alınmalıdırlar.



Milli Məclisin martın 29-da keçirilən iclasında AXCP-dən olan millət vəkili Cəmil Həsənli belə dedi və bu məsələnin gündəliyə salınmasını təklif etdi.



«İlbəil veteranların sayı azalır. Məncə, Azərbaycan dövlətinin bugünkü vəziyyəti imkan verir ki, həmin müharibədə iştirak etmiş heç olmasa birinci və ikinci qrup əlillərin vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən addımlar atsın».



Cəmil Həsənli deyir ki, vaxtilə həmin veteranlara müəyyən güzəştlər var idi. Sonradan bu güzəştlər ləğv edildi. Bu gün verilən kompensasiyalar isə həmin güzəştlərin cüzi hissəsini təşkil edir.



Deputat Vladimir Timoşenko isə dedi ki, əgər faşizm üzərində qələbənin 50 illiyində Azərbaycanda 9 min veteran vardısa, indi onların sayı 3 minə enib.



«Doğrudanmı, bu gün biz həyatımızı borclu olduğumuz 3 min veterana normal insani şərait yarada bilmirik. Mən bütün veteranları medalla təltif etmək barədə üzərinə öhdəlik götürdüyünə görə Rusiyaya minnətdaram. Ancaq istərdim ki, qələbənin 60 illiyi ilə bağlı müharibə iştirakçılarını öz dövlətimizin mükafatları ilə də təltif edək».



Parlamentin spikeri Murtuz Ələsgərov isə dedi ki, «Azərbaycan prezidentinin, eləcə də Rusiya dövlət başçısının xətti ilə qələbənin 60 illiyinə həsr edilmiş böyük tədbirlərin həyata keçirilməsinə hazırlıq gedir».



Spiker Milli Məclisin sosial siyasət daimi komissiyasından müvafiq qanuna düzəlişlər edib onu Məclisin müzakirəsinə çıxarmağı xahiş edəcəyini bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG