Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Elmar Hüseynov adına Fond yaradılıb


Səs: Real audio
“Yuşenko məmurların hamama getməsini qadağan edir” Bu gün «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov adına Fond yaradıldı.



Fondun təsisçiləri jurnalist təşkilatları, prezidenti isə Elmar Hüseynovun həyat yoldaşı Ruşanə Hüseynovadır.



Elmar Hüseynovun yaxın dostu, «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu bildirdi ki, fond həm Azərbaycanda jurnalistikanın problemləri ilə məşğul olacaq, həm də Elmarın yaradıcılığını araşdıracaq.



Elmar Hüseynovun qətliylə bağlı keçmiş istintaqçıların yaratdığı ictimai təhqiqat qrupunun rəhbəri Əlövsət Əliyev isə rəsmi istintaqın gedişindən razı olmadığını dedi. Öz işlərinə gəldikdə isə, çoxsaylı sorğular aparıldığını, Elmarın yazılarının ekspertizasının keçirildiyini dedi.



Respublika Prokurorluğunun prokuroru Eldar Məcidov da istintaqın işində yenilik olmadığını, araşdırmalarınsa davam etdiyini bildirdi.



Ruşanə Hüseynovanın dediyinə görə, «Monitor»un əməkdaşları bundan sonra «Bakinski vedomosti» adlı qəzet buraxacaqlar.



«Monitor»un baş redaktoru Elmar Hüseynov bu il martın 2-də yaşadığı mənzilin girişində qətlə yetirilib. Onun rəhbərlik etdiyi və rus dilində çap olunan jurnal hakimiyyətin ünvanına sərt tənqidləri ilə seçilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG