Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:59

Daşkəsəndə külək dağıntılar törədib


Daşkəsəndə martın 24-də saat 18:30-dan əsməyə başlayan və bir saatadək davam edən güclü külək dağıntılar törədib.

Bir neçə kənddə və rayon mərkəzində yaşayış evlərinin, sosial və inzibati binaların dam örtüklərinə ziyan dəyib. Külək Xoşbulaq, Dəstəfur və Gurbulaq hava elektrik xətlərini sıradan çıxardığından rayon mərkəzinin bir hissəsi və 32 kəndi işıqsız qalıb.

Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, hazırda küləyin vurduğu ziyanın həcminin müəyyənləşdirilməsi və onun aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG