Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:52

Əfqanıstanda «ucu-bucağı görünməyən» vəzifə


Avropada NATO-nun birləşmiş qüvvələr üzrə komandanı hesab edir ki, Əfqanıstanda vəziyyətin hərbi üsulla nizama salınması ümidverici yol deyil. Bu barədə amerikalı general Con Kreddok ABŞ senatındakı çıxışında deyib. Con Kreddokun dediyinə görə, NATO Əfqanıstanda təhlükəsizliyi gücləndirməyə və əfqan hökumətinin effektivliyini artırmağa çalışır. Amma baş komandan bunu «ucu-bucağı görünməyən» vəzifə adlandırıb. Amerikalı general deyib ki, NATO ölkələri Əfqanıstana əlavə hərbçilər göndərə bilərlər, amma daxili siyasi səbəblərə görə bu addımı atmırlar.

Amerika prezidenti Barak Obama bu günlərdə deyib ki, ABŞ Əfqanıstanda uğur əldə edə bilmir və Amerikanın bu ölkədəki strategiyasına yenidən baxılacağını elan edib. Gözlənilir ki, yeni strategiya cümə günü açıqlanacaq.
XS
SM
MD
LG