Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Vəkil olmaq istəyənlər üçün imtahanların növbəti mərhələsi başlandı


Səs: Real audio
"Demokratiyanın qələbəsi Rusiyanın məğlubiyyəti kimi qəbul olunur" Bu gün vəkil olmaq istəyənlər üçün şifahi imtahan başlandı. Bu mərhələ aprelin 7-ə qədər davam edəcək.



Vəkillər Kollegiyası sədrinin müavini Aydın Axundovun verdiyi məlumata görə, aprelin 7-ə qədər hər gün 15 nəfər şifahi imtahandan keçəcək və günün sonunda vəkil olub-olmamalarını biləcəklər.



Vəkil olmaq istəyənə verilən suallar mülki, cinayət—prosessual məcəllələri haqqındaydı. Həm də onların müdafiə qabiliyyəti yoxlanırdı.



İmtahan verənlər üçün yaş məhdudiyyəti qoyulmamışdı. İmtahandan çıxanların da çoxu hüquq fakültəsini 90-cı illərdə bitirənlər idi. Onlar vəkil olmaq arzularının gerçəkləşməsi üçün bu imtahanı bir fürsət sayırlar.



Aydın Axundov deyir ki, imtahanın keçirilməsi vəkilliklə bağlı problemlərin aradan qaldırılmasına yardım edəcək.



Azərbaycan Hüquqşünaslar Forumunun həmsədri İntiqam Əliyev isə hesab edir ki, imtahanın keçirilməsi müsbət hal olsa da, bu imtahanın Vəkillər Kollegiyasının əvvəlki kimi dövlət nəzarətində qalmasına heç bir təsiri olmayacaq.



Vəkillər Kollegiyasının formalaşması qaydasından bir sıra beynəlxalq təşkilatlar və ABŞ-ın Azərbaycandakı səfiri narahatlıq ifadə etmişdi.



Azərbaycanda vəkil olmaq istəyənlər üçün imtahan ilk dəfədir keçirilir. İmtahanın test mərhələsi bu il fevralın 6-da başlanmışdı. 300 nəfərdən 141 nəfər ikinci, şifahi mərhələyə keçib.



İmtahan komissiyasından verilən məlumata görə, onlardan neçə nəfərinin vəkil olub-olmaması üçün məhdudiyyət yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG