Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:01

Çində YouTube-a giriş bağlanıb


Çin hökuməti ölkə ərazisində YouTube internet səhifəsinə girişi bağlayıb. Son günlər YouTube-da yerləşdirilən videoçarx rəsmi Pekini qıçıqlandırıb.

Videoda çin polisinin Tendar adlı bir tibetliyə işgəncə verərək öldürməsi görüntüləri öz əksini tapır.

Çinin Sinxua agentliyinin martın 24-də yaydığı xəbərdə deyilir ki, bu video saxtadır və Dalay-Lamaya yaxın dairələr tərəfindən hazırlanıb.

YouTube-un nümayəndəsi Skot Rubin AP agentliyinə bildirib ki, Cin hökumətinin qərarını şərh edə bilmir. O əlavə edib ki, YouTube xidmətinin tezliklə bərpa olunmasına çalışacaqlar.
XS
SM
MD
LG