Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:48

İlham Əliyev YAP-ın sədri seçildi


Səs: Real audio
"Demokratiyanın qələbəsi Rusiyanın məğlubiyyəti kimi qəbul olunur" Prezident İlham Əliyev Yeni Azərbaycan partiyasının (YAP) sədri seçildi.



Bu barədə qərar hakim partiyanın Bakıda keçirilən 3-cü qurultayında qəbul edildi. Partiyanın sədr müavinləri, icraçı katibi və onun müavinləri isə yenidən öz vəzifələrinə seçildilər.



İlham Əliyev partiyasının qarşıdakı parlament seçkilərində qalib gələcəyinə şübhə etmədiyini dedi. Onun sözlərinə görə, indi ölkədəki müxalifət partiyaları çox zəifdir.



«Prezident seçkilərindən sonra müxalifət acınacaqlı vəziyyətə düşüb. Ona görə də bizim partiyanın seçkidə rəqibi yoxdur» - deyən İlham Əliyev bununla belə bildirdi ki, belə hal demokratik cəmiyyət üçün normal deyil və YAP digər siyasi qüvvələrin «özlərinə gəlməsi» üçün yardım etməyə hazırdır.



Partiyanın üzvü, parlamentin komissiya sədri Asya Manafova isə dedi ki, YAP əhalinin aztəminatlı təbəqəsinin vəziyyətinin yaxşılaşdırılmasında, o cümlədən qaçqınlara yardım edilməsində, heç olmasa yaşı 70-i ötmüş vətəndaşların Sovet banklarında qalan əmanətlərinin qaytarılmasında fəallıq göstərməlidir. Onun sözlərinə görə, müxalifət qüvvələrinin bunlardan istifadə edib iqtidara irad tutmasına imkan vermək olmaz.



Yeni Azərbaycan partiyası 1992-ci ildə Naxçıvanda yaradılıb və 1993-cü ildən Azərbaycanda hakim partiyadır. Təşkilata 2003-cü ilə qədər keçmiş prezident Heydər Əliyev rəhbərlik edib.



Partiyanın icraçı katibi Əli Əhmədovun verdiyi məlumata görə, 2001-ci ildən, yəni YAP-ın 2-ci qurultayından bəri partiya üzvlərinin sayı 130 min nəfər artıb və 360 min nəfərə çatıb.
XS
SM
MD
LG