Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:46

«Qırğızıstan inqilabı İlham Əliyevə xəbərdarlıqdır»


Səs: Real audio
"Demokratiyanın qələbəsi Rusiyanın məğlubiyyəti kimi qəbul olunur" «Qırğızıstan inqilabı İlham Əliyevə xəbərdarlıqdır». «Azadlıq» qəzeti Karneqi Fondunun mövqeyinə əsaslanıb yazır ki, sərt və avtoritar rejimlərin ömrü uzun ola bilməz.



Bu gün YAP-ın qurultayıdır. «Yeni Azərbaycan» qəzeti yazır ki, qurultaya partiyanın 83 rayon və şəhər təşkilatından 1800 nümayəndə gələcək.



«Polis mayoru 74 kiloqram narkotiklə yaxalandı». «Üç nöqtə» yazır ki, belə getsə, Azərbaycanda polis qalmayacaq.



«Bakı Xəbər» qəzeti «Daha bir polis işçisinin rəhbərlik etdiyi cinayətkar dəstə ifşa olundu» başlıqlı məqalə dərc edib. Qəzet yazır ki, DİN-in «akula» ləqəbli mayoru narkotik alverçisi imiş.



«Deputatlar ombudsmanı tənqid etdilər». «Xalq Cəbhəsi» qəzeti yazır ki, insan hüquqları üzrə müvəkkil isə məmurları rüşvət və korrupsiyaya qurşanmaqda günahlandırıb.



«Heydər Əliyev partiyasında İlham Əliyev missiyası» məqaləsində «Azərbaycan» qəzeti yazır ki, YAP hələ uzun onilliklər boyu hakim təşkilat statusunu qorumaq potensialına malikdir.



«Azərbaycana 100-ə yaxın türkiyəli zabit gələcək». «Ayna» qəzetinin məlumatına görə, may ayında rəsmi Bakı NATO-ya inteqrasiyanın vəziyyəti ilə bağlı alyans rəhbərliyinə sənəd təqdim edəcək.



«Artıq narkomanlar cinayətkar sayılmayacaqlar». «Exo» qəzeti xəbər verir ki, növbəti aydan narkomanlar narkoloji dispanserdə qeydiyyata durub pulsuz müalicə ala, həmçinin apteklərdən lazımi dozada narkotik əldə edə biləcəklər.



«Azərbaycanda dəyişiklik inqilab formasında olacaq. İnqilab etmək istəyənlər əvvəl özlərində və təşkilatlarında inqilab etməlidirlər». Xalq partiyasının sədri Pənah Hüseyin «Yeni Müsavat» qəzetinə müsahibəsində belə deyib.



«Akula ləqəbli polis zabiti tutuldu». «Gün-səhər» qəzeti DİN ətrafında baş verənləri müəmmalı olaylar adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG