Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

“Buş Putini qəzəbləndirə bilər”


Səs: Real audio
"Demokratiyanın qələbəsi Rusiyanın məğlubiyyəti kimi qəbul olunur" --“Deyli Teleqraf”



Qırğızıstanda demokratiyanın möhkəmlənməsi hakimiyyətdə avtoritar liderlərin olduğu bütün regiona təsir edəcək. Akayevin sürətli çöküşü həm onlar, həm də terrorla müharibə naminə avtokratlara dözümlü yanaşan Qərb üçün güclü sarsıntı olacaq.



--“Tayms”



Xalq inqilabını nə qədər alqışlamaq istəsək də, uzaq Orta Asiya respublikasında mötədil diktaturanın xaotik çöküşü özündə təhlükələr də gizlədir.



Birincisi, ölkədə hakimiyyət boşluğunu regionda mövcud İslam qruplaşmaları doldura bilər.



İkincisi, Moskva Qırğızıstan inqilabına onun Orta Asiyada iştirakını məhdudlaşdırmağa çalışan Qərbin növbəti cəhdi kimi baxa bilər. Bu cür fikirlər həm yanlış, həm də aldadıcıdır. Bununla belə, onlar Rusiyayla Qərbin münasibətlərini korlaya və Putinin hökumətində “qırğılar”ın rolunu artıra bilər.



--“Qardian”



Qırğızıstan inqilabının rəmzi baharın gəlişi və Orta Asiyada diktatorlar düşərgəsində dəyişikliklərə inamı təcəssüm etdirən solğun sarı nərgizdir. Amma Gürcüstan və Ukraynadakı inqilablardan fərqli olaraq, Qırğızıstan paytaxtında həyacan hiss olunur. Müxalifətin kütləvi aksiyaları iğtişaşlar və zorakılığa keçə bilər.



Akayevə qarşı çıxış edən hərəkatın vahid lideri yoxdur. Münaqişəni birmənalı şəkildə demokratlarla istibdadçılar arasında toqquşma adlandırmaq olmaz. Bu, daha çox klanlararası ziddiyyətlərlə, habelə ölkənin şimal və cənubu arasında parçalanma ilə bağlıdır.



Bu gün Akayev və onun ailəsi ölkədən qaçır. Bunu Corc Buşun azadlıq marşında daha bir qələbə hesab etmək olar. Daha bir “tiraniya dayağı” çöküb.



Rusiyada Ağ Evin bu qələbəsi Kremlin məğlubiyyəti kimi qəbul olunacaq.



Qırğızıstanda Kreml Ukraynadakı kimi kobud səhvlər etməyib və ona görə də “narıncı inqilab” zamanı olduğu kimi özünü o qədər də təhqir olunmuş hiss etmir. Bununla belə, Bişkekdəki hadisələr növbəti dəfə Vladimir Putinin gücsüzlüyünü göstərib.



Putin öz-özünə problemlər yaradır: post—Sovet məkanında demokratiyanın qələbəsi Rusiyanın məğlubiyyəti kimi qəbul olunur.



--“Yunayted Press İnterneşnl”



Qeyri—rəsmi məlumatlara görə, Akayev bazar günü, etirazların qızğın çağında Moskvaya gəlib, amma Putinlə görüş verilməyib və sərt tədbirlərə əl atmamaq xəbərdarlığı ilə onu geri göndəriblər.



Görünür, Moskva Ukraynadakı hadisələrdən hansısa nəticə çıxarıb. Rusiya rəsmiləri qırğız müxalifətinin üzvlərini qəbul edir, bununla da Qırğızıstanda hakimiyyət dəyişdiyi təqdirdə gələcək əməkdaşlıq üçün zəmin hazırlayırdılar.



--“Vaşinqton Post”



ABŞ prezidenti Corc Buş may ayında Moskvaya səfər proqramını genişləndirərək ora Latviya və Gürcüstana səfərləri də əlavə edib.



Analitiklərə görə, proqrama Latviya və Gürcüstanın daxil edilməsi Rusiyada əsəbilik yaradacaq.



Tbilisidə Corc Buş post—Sovet məkanında xalq hərəkatları silsiləsi doğuran 2003-cü il “qızılgül inqilabı”na ehtiramını bildirəcək.



Ağ Evin bəyanatında bildirilir ki, Buş Gürcüstana səfəri ilə “demokratiya, tarixi islahatlar və münaqişələrin dinc həllinə dəstəyini” izhar edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG