Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:17

Ombudsman şikayətlərin 70 faiz artdığını bildirir


Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” Ombudsman Elmira Süleymanova son bir ildə onun aparatına 6300 şikayət verildiyini deyir. O, şikayətlərin əvvəlki ildən 70 faiz çox olduğunu, insan hüquqlarının əksər hallarda məmur özbaşınalığı, ayrı-ayrı vəzifəli şəxslərin vəzifədən sui-istifadəsi nəticəsində pozulduğunu söyləyir.



»Polis orqanları tərəfindən insan hüquqları tez-tez pozulur, saxlanılan şəxsdən təzyiqlə ifadə alınması, rüşvətxorluq halları müəyyən olunub. Şərəf və ləyaqətin təhqir olunması, insanların müraciət hüququnun pozulması daha çoxdur. Bu, polisə, məhkəmələrə və icra hakimiyyəti başçılarına aiddir».



Martın 25-də Milli Məcisdə hesabatı zamanı ombudsman bildirdi ki, şikayətlərin təhlili nəticəsində insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi, qanunvericiliyin təkmilləşməsi ilə bağlı ölkə prezidentinə, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, mərkəzi icra hakimiyyəti orqanlarına bir sıra təkliflər göndərib.



Elmira Süleymanova fikir və söz azadlığı ilə bağlı poblemlər olduğunu, KİV-lərin fəaliyyətinə maneələr yaradıldığını, məhkəmələrin onlara qarşı ağlasığmaz cərimələr kəsdiyini, informasiyanın əldə edilməsi ilə əlaqədar çətinliklər yarandığını bildirir.



Ombudsman deyir ki, təkmilləşdirilmiş seçki qanunvericiliyi əsasında keçiriləcək parlament seçkilərinin demokratikliyini, aşkarlığını təmin etmək məqsədilə vahid monitorinq sisteminin və onu həyata keçirmək üçün iqtidar və müxalifət nümayəndələrinin iştirakı ilə monitorinq qruplarının yaradılması vacibdir. MSK–ya QHT-lərin və beynəlxalq qurumların nümayəndələrinin cəlb edilməsi ilə belə monitorinq qrupu faydalı olardı.



Elmira Süleymanova QHT-lərin qeydiyyata alınması məsələsində də ciddi problemlər olduğunu deyir. Bununla bağlı ombudsmanın müraciətlərinə Ədliyyə Nazirliyi konstitusiyaya zidd olaraq aylarla cavab vermir.



O, vətəndaşların əmək hüququnun pozulması, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin əməyin normalarına əməl etməməsi, onların müəssisə daxilində həmkarlar ittifaqının yaradılmasına mane olmaları barədə xeyli faktın mövcudluğunu deyir. Onun sözlərinə görə, təhsil, tibb, aqrar və sahibkarlıq sahələrində də qanun pozuntuları yetərincədir.



Çıxış edən millət vəkillərinin əksəriyyəti ümumən bu hesabatın ötən ilkindən daha yaxşı hazırlandığını dedilər. Amma narazılar da oldu.



Deputat Əliməmməd Nuriyev bir sıra məsələlərin hesabatda öz əksini tapmadığını dedi.



«İnsanların sərbəst toplaşma hüququnun pozulması halları barədə qəzetlər, beynəlxalq təşkilatlar dəfələrlə bildirsələr də, ombudsman bu məsələyə toxunmur. Məgər bu insan hüquqlarının pozulması məsələsinə aid deyilmi? Vətəndaşların alternativ hərbi xidmət keçmək hüququ indiyə qədər təsbit olunmayıb. Müvəkkil bütövlükdə üzərinə düşən məsələləri tam olaraq həyata keçirməyib. Hüquq və azadlıqların pozulmasından danışılır, kiçik məmurların cəzalandırılması deyilir, ancaq böyük məmurlar barədə heç nə deyilmir».



Əliməmməd Nuriyev əlavə edir ki, ombudsman faktları sadalasa da, onların sonuna qədər gedib çıxmır. Araşdırma aparmır ki, bunlar da sual doğuran məsələlərdir.



Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov isə ombudsmanın məruzəsinin onu qane etdiyini dedi və hesabata müsbət səs verəcəyini bildirdi.



Müzakirələrdən sonra millət vəkilləri hesabatı qəbul etdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG