Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:12

AzTV özəlləşdiriləcək


Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ləğv edilib yerində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.



Fərmana əsasən, ilk mərhələdə yeni yaradılan səhmdar cəmiyyət tamamilə dövlətə məxsus olacaq. Daha sonra isə səhmlərin 51 faizi dövlət mülkiyyətində qalmaqla AzTV-nin 49 faizi özəlləşdiriləcək.



Fərmanda özəlləşdirilmənin satış yolu ilə aparılması da göstərilir.



Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə özəlləşdirilmənin 1 ildən sonra başlayacağını deyir. Onun sözlərinə görə, bu prosesdə heç də hamı iştirak edə bilməyəcək.



Amma Avropa ölkələrində, xüsusilə də Şərqi Avropada televiziyaların səhmlərinin bir hissəsi sonradan dünyanın güclü media şirkətləri tərəfindən alınır. Azərbaycanda hələlik bu mümkün deyil.



Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, Şura xarici investorlar üçün daha uyğun şərtlər haqda təklifləri artıq hökumətə göndərib.



Peşəkar televiziyaçı Zeynal Məmmədli isə imzalanan fərmanı anlaşıqsız adlandırır. O deyir ki, Avropa Şurası qarşısında götürdüyü öhdəliyə əsasən, Azərbaycan dövlət televiziyasını ləğv edib yerində ictimai televiziya yaratmalı idi. Bu fərmanda isə ləğv olunan dövlət televiziyasının bazasında ictimai TV yox, qapalı tipli səhmdar cəmiyyət statusunda başqa bir TV yaradılır. Zeynal Məmmədli hökumətin bu addımında qaranlıq məqamların olduğunu deyir.



Bundan sonra yeni yaradılan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sahibi indiki qanunvericiliyə əsasən, hökumətdə bu işə cavabdeh olan İqtisadi İnkişaf Nazirliyidir. Yəni, faktiki olaraq, nazirlik AzTV-nin 100 faizlik mülkiyyətçisinə çevrilib.
XS
SM
MD
LG