Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Qırğızıstandakı hadisələr Azərbaycanda da siyasi dairələrin gündəliyindədir


Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” Qırğızıstanda baş verənlərə rəsmi Bakı mövqe bildirməyib. Amma siyasi təşkilat rəhbərləri və politoloqlar bu ölkədə baş verənləri inqilab kimi qiymətləndirirlər.



Məsələn, Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyevaya görə, Qırğızıstanda xalq inqilabı bir daha göstərdi ki, demokratiyanın alternativi yoxdur.



Demokrat partiyasının baş katibi Akif Şahbazova görə isə, Qırğızıstan hadisələri inqilabların bütün post—Sovet məkanını əhatə edəcəyini yenidən təsdiqlədi. Məlum oldu ki, belə demokratik dəyişikliklər qaçılmazdır. Amma o təəssüflə bildirir ki, Bişkəkdə bəzən hadisələr nəzarətdən çıxdı və nəticədə həm ölənlər oldu, həm də talan baş verdi.



Müxalifətçilərdən fərqli olaraq, hakim Yeni Azərbaycan partiyasının üzvü, deputat Rəbiyyət Aslanova Qırğızıstan hadisələrinə qiymət verməyə tələsmir. O deyir ki, əvvəla bu onların daxili işidir.



«İkincisi, Qırğızıstanda hadisələr başa çatmadığı üçün qəti fikir söyləmək çətindir. İndi baş verənlər sadəcə, görüntüdür. Amma arxada nə baş verir, bu hadisələr başa çatandan sonra demək olar».



Politoloq Rasim Musabəyovun isə Qırğızıstanda baş verənlərə münasibəti belədir:



«Əsgər Akayev rejimi xalq hərəkatı nəticəsində devrildi. Bu, inqilabdır. Onu “məxməri” adlandırmaq çətin olsa da».

Günün bütün mövzuları

XS
SM
MD
LG