Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:13

Hüquq müdafiəçisi öldürüləcəyi haqqında xəbərdarlıq aldığını deyir


Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyir ki, ona öldürüləcəyi haqqında xəbərdarlıq edilib.



Bu haqda ona martın 23-də təhlükəsizlik xidmətlərinə yaxın şəxsə istinadən qohumu məlumat verib. Leyla Yunusun sözlərinə görə, qohumu ona bildirib ki, ölkədə sabitliyin pozulması məqsədilə sui-qəsdlər hazırlanır.



Leyla Yunusun fikrincə, «Monitor»un baş redaktoru Elmar Hüseynovun öldürülməsindən sonra o, bu cür qəsdlərə inanır. O düşünür ki, bu məlumatdan hüquq-mühafizə orqanlarının da xəbəri var. Özü isə təhlükəsizlik orqanlarına gələn həftə müraciət edəcək.



Daxili İşlər Nazirlyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirdi ki, Leyla Yunus müraciət edərsə, onun təhlükəsizliyi qorunar və verdiyi məlumat araşdırılar.



Sülh və Demokratiya İnstitutunun direktoru ona edilən xəbərdarlıq haqqında qonşularını da məlumatlandırıb. Hazırda yaxınları onun qorunması işinə qoşulub.



Leyla Yunus 1988-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur.

Günün bütün mövzuları

XS
SM
MD
LG