Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:55
Rubrikalar

Azərbaycanın bütün dövlət təşkilatları – nazirliklərdən tutmuş məktəblərədək vahid informasiya ötürülməsi sistemində birləşdiriləcək


Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” Azərbaycanın bütün dövlət təşkilatları – nazirliklərdən tutmuş məktəblərədək vahid informasiya ötürülməsi sistemində birləşdiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sistemin yaradılması barədə tender elan edib. Tenderin qalibi təşkilatları və ümumiyyətlə Azərbaycanın bütün rayon və şəhərlərini birləşdirəcək fibrooptikoptik naqillər çəkməlidir. Yeni yaradılacaq AzDataCom informasiya ötürmə sistemini Rabitə və İnformasiya Texnologiya Nazirliyi idarə edəcək.





Fransanın “Total” neft şirkəti Azərbaycan neftini dəmir yolu ilə xaricə çıxartmağı planlaşdırır. Artıq bu haqda Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi ilə danışıqlar aparılıb. Em-Pi-Ey agentliyinin məlumatına görə, “Exxon” və “Chevron” şirkətləri də bu il neftin daşınmasında dəmir yoluna üstünlük verəcəklər. Hazırda Dəmiryolu idarəsinin daşınma imkanı - ildə təxminən 20 milyon tona bərabərdi.





Çexiyanın Eksimbankı Şimal magistral yolunun yenidənqurulması üçün kredit ayırıb. Ayrılan 180 milyon dollar şimal yolunun əsaslı təmirinə xərclənəcək. Azərtac agentliyinin məlumatına görə, ilk kredit xətti yaxın vaxtlarda açılacaq.





Xarici valyutaların dəyərsizləşməsi avrodan da yan keçməyib. Martın 25-də Milli Bankadan aldığımız məlumata görə, 1 avro son 5 ayda ən aşağı səviyyəyə 6293 manata düşüb. İndi 1 dollar 4862, 1 rubl isə 175 manatdı.
XS
SM
MD
LG