Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:43

«DİN-də təmizləmə əməliyyatı»


Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” «Yeni Azərbaycan» qəzeti yazır ki, Ermənistana ötürülən yüklərlə bağlı araşdırma başa çatıb. Bu işdə Azərbaycan şirkətlərinin əli olduğuna dair fakt aşkarlanmayıb.



Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü apreldə olacaq. Xarici işlər nazirinin müavini Araz Əzimov «Üç nöqtə» qəzetinə açıqlamasında belə deyib.



«DİN-də təmizləmə əməliyyatı». «525-ci qəzet» yazır ki, nazir müavini Zahid Dünyamalıyev və digər yüksək rütbəlilər vəzifələrindən azad olunsalar da, bunu hələlik son hesab etmək olmaz.



«Xalq Cəbhəsi» qəzeti «Müxalifət Əsgər Akayevi devirdi» məqaləsində yazır ki, Qızğızıstan prezidenti bir qədər anlaqlı olsaydı, hadisələri tamam başqa istiqamətə yönəldə bilərdi.



«Azərbaycan» qəzeti MDB respublikalarında baş verən prosesləri şərh edib yazır ki, Azərbaycanda demokratik dəyərlərə əməl olunduğundan burada hər hansı çevrilişə cəhd özünü doğrultmayacaq.



«Exo» qəzetinin müxbiri erməni səngərinin 200 metrliyində, Ağdamın Çıraqlı kəndində olub. Eyni başlıqlı məqalədə bildirilir ki, bu ərazilərdə vəziyyət rəsmilərin söylədiyi kimi yaxşı və sakit deyil.



«Qırğızıstanda çəhrayı inqilab baş verdi». «Ayna» qəzeti yazır ki, bu gün ölkə parlamenti köhnə tərkibdə yığışıb ölkədəki vəziyyəti müzakirə edəcək.



«Bakı Xəbər» qəzeti yazır ki, Namiq Abbasov geri çağrıla bilər. Sabiq təhlükəsizlik nazirinin həbs təhlükəsi də var. İlham Əliyev və Ramiz Mehtiyevin ittihamları belə düşünməyə əsas verir.



«Azadlıq» qəzeti DİN-dəki etibarlı mənbələrə istinadən yazır ki, nazir Ramil Usubov da istefa ərizəsi yazıb. İstefa verən nazir müavini Zahid Dünyamalıyev özünə qəsd etmək istəyib. İdarə rəisi Cavadağa Sultanov isə ölkədən çıxmağa hazırlaşır.



«Yeni Müsavat» yazır ki, DİN-dən uzaqlaşdırılan yüksək rütbəli zabitlərin əksəriyyəti PKK təşkilatı ilə əlaqədədir.
XS
SM
MD
LG