Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:21

Hacı Məmmədov intihara cəhd edib


Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” Rəhbərlik etdiyi dəstə ilə birgə bir sıra qətillər törətdiyi iddia olunan DİN-in sabiq polkovniki Hacı Məmmədov martın 24-də MTN-in təcridxanasında saxlandığı kamerada əynindəki köynəyin hissələrini birləşdirərək özünü asmağa cəhd edib.



Bu haqda ölkə prokurorluğu və Təhlükəsizlik Nazirliyi birgə məlumat yayıblar.



Məlumatda bildirilir ki, təcridxananın əməkdaşları Hacı Məmmədovu xilas edə biliblər. Bundan sonra o, xəstəxanaya aparılıb. DİN-in keçmiş zabitinə tibbi yardım göstərilib.



Prokurorluq və Təhlükəsizlik Nazirliyinin məlumatında o da bildirilir ki, Hacı Məmmədovun səhhəti tam bərpa olunana qədər onun həkim nəzarətində qalması üçün bütün şərait yaradılıb.



Hacı Məmmədov MTN-in martın 10-da keçirdiyi «Qara Kəmər» əməliyyatı nəticəsində həbs olunub. O, 20-ə yaxın böyük rezonans doğuran qətllər və adam oğurluğu kimi ağır cinayətlərə görə müqəssir bilinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG