Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:13

Avropaya vizasız da getməyə şərait yarana bilər, əgər…


Şengen vizası üçün müraciət
Avropa Birliyinin yeni Şərq Əməkdaşlıq Proqramı həyata keçirilsə, Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrində işləyib pul qazanmalarına, hətta onların bu ölkələrə vizasız gedəb-gəlmələrinə şərait yarana bilər. Birlik artıq həmin proqramını martın 20-də qəbul edib və ona qoşulmaq üçün özünün Şərqdəki altı qonşusuna göndərib.

Şərq Əməkdaşlıq Proqramına Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və Belarus dəvət olunub. Sənəd ona qoşulan ölkələrin vətəndaşlarına xeyli üstünlüklər vəd edir. Proqramın qəbulundan sonra korrupsiyaya, təşkilatlı cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı mübarizə üçün ciddi addımlar atılması, qaçqın siyasətinin Avropa Birliyi standartlarına uyğunlaşdırılması və əlaqələndirilmiş sərhəd nəzarəti strukturlarının qurulmağı planlaşdırılır.

Həmçinin səyahət şərtlərinin yüngülləşdirilməsi üçün azad hərəkət və təhlükəsizlik paktı tətbiq olunmalıdır. Proqram uzunmüddətli perspektivdə ona qoşulan ölkələr arasında vizasız gediş-gəliş tətbiq edilməsini də istisna etmir.

Avropa Komissiyası da gələcəkdə Proqrama qoşulan ölkələrin vətəndaşlarına Avropa Birliyinin əmək bazarlarının açılması imkanlarını öyrənəcək. Proqram fərdlər arasında birbaşa kommunikasiyanı gücləndirməyi nəzərdə tutur.

Qonşusunda sabit demokratik ölkələr arzulayan Avropa Birliyi Şərq Əməkdaşlıq Proqramına qoşulan ölkələrdə də demokratik proeslərin, yaxşı idarəetmə və sabitliyin, Avropa Birliyi standartlarına uyğunlaşmanın gücləndirilməsi üçün müxtəlif tədbirlərə xərclər də planlaşdırır. Birlik bu proqrama qoşulan altı ölkəyə 2013-cü ilə qədər hissələrlə 450 milyon avrodan başlamış 785 milyon avroya qədər yardım verəcək.

Avropa Birliyi yaxın aylarda Şərq Əməkdalıq Sammiti keçirməyi planlaşdırır. Sammitdə Birlik ölkələrinin və proqrama dəvət olunan dövlətlərin başçıları əməkdaşlığın qurulmasına dair Bəyannamə imzalamalıdırlar.

Bəyannaməni imzalmaqla ona qoşulan dövlətlər tam bəlli olandan sonra mərhələlərlə Şərq Əməkdaşlıq Proqramının icrasına başlanacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG