Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:31

Havaların pisləşməsi bölgələrdə həyat ritmini pozub


Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” Bir neçə gündür ki, aramsız yağan qar bəzi dağlıq ərazilərdə problemlər yaradıb. Gəncənin Hacıkənd qəsəbəsində 10—a yaxın evin uçmaq təhlükəsi yaranıb.



Hacıkənd qəsəbəsinin icra nümayəndəsi Hümbət Hüseynovun sözlərinə görə, fasiləsiz yağan qar nəticəsində şəhərlə əlaqə kəsilib, ancaq bu gün yolu açmaq mümkün olub. Qarın hündürlüyü 80 santimetrə çatır.



Hümbət Hüseynov dedi ki, yaranmış problemləri araşdırmaq üçün Gəncə İcra Hakimiyyəti və «Qaçqınkom»un nümayəndələri qəsəbədə olublar.



Daşkəsəndə isə hündürlüyü 60 sm-ə çatan qar təbiətə ziyan vurub. Daşkəsənin icra başçısı Fəxrəddin Cabbarovun sözlərinə görə, aramsız yağan qarın ağırlığı ağacları sındırıb.



Qar Daşkəsən-Gəncə yolunda hərəkəti çətinləşdirsə də, yolu təmizləmək mümkün olub.



Naxçıvan Muxtar Respublikasında orta ümumtəhsil və musiqi məktəblərində dərslər martın 28-dək təxirə salınıb.



Muxtar Respublika Təhsil Nazirliyindən bildirdilər ki, bölgədə havaların kəskin şəkildə soyumasına görə belə bir qərar qəbul edilib.



Martın 20-dən ərazidə yağan qarın qalınlığı artıq dağətəyi rayonlarda 1 metrə çatıb.



Havanın şaxtalı və soyuq keçməsi kənd təsərrüfatına ciddi ziyan vurub. Kəndlərdən verilən məlumata görə, martın əvvəllərində havaların 18-20 dərəcə isti keçməsi nəticəsində ağaclar çiçəklənmişdi. İndi isə havaların birdən-birə soyuması üzündən həmin ağacları don vurub.



2004-cü ilin aprelində də muxtar respublikada belə bir şaxtalı, yağıntılı hava müşahidə edilmişdi və həmin ildə Naxçıvanda meyvə qıtlığı yaranmışdı. İran və Türkiyə respublikalarından gətirilən meyvələrin qiyməti isə həddən artıq baha idi.



Mütəxəssislərin fikrincə, əgər belə soyuq hava bir neçə gün də davam edərsə, muxtar respublika əhalisi yenə də meyvə qıtlığı ilə üzləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG