Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:15

“Moskva əks—inqilaba hazırlaşır”


Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” --“Röyters”



Qırğızıstan son iki ildə Gürcüstan və Ukraynanın ardınca üçüncü post—Sovet respublikasıdır ki, hökumətin aksiyaların təsiri altında çökməsinin şahidi olur.



Bişkekdəki Amerika Universitetindən Askat Dukenbayev deyir ki, “bu xalq inqilabıdır və hakimiyyət xalqın əlindədir. Biz artıq heç kimdən qorxmuruq”.



Mitinqçilərin bir çoxu başlarına Akayevə qarşı etirazların rəmzinə çevrilən çəhrayı və sarı lentlər bağlayıblar.



Gürcüstan və Ukraynadan fərqli olaraq, Qırğızıstanda vahid müxalifət lideri yoxdur. Amma hökumət binalarının tutulmasında aparıcı rolu keçmiş baş nazir Kurmanbek Bakiyev oynayıb və o, əsas fiqura çevrilə bilər.



--“Yunayted Press İnterneşnl”



Ukrayna prezidenti Viktor Yuşenko Türkmənistana səfəri zamanı Orta Asiyada demokratik qüvvələri müdafiə edib. Prezident Saparmurat Niyazovla mətbuat konfransında Yuşenko deyib ki, “demokratiya və azadlıq mənim və koalision hökumətdəki tərəfdaşlarım üçün boş sözlər deyil... Biz inandığımız və mübarizə apardığımız dəyərləri müdafiə edəcəyik”.



Görünür, bu bəyanat onun konfransdakı tərəfdaşını sancıb. Yuşenkonun bu fikirlərindən sonra prezident Niyazov deyib:



“Biz insanları siyasi mülahizələrə görə həbs etmirik. Qaçqın adı altında xaricdə gizlənən və çirkin şayiələr yayan bəzi insanlar, axtarışda olan canilər var. Hər yazılan cəgəngiyata inanmayın”.



--“Fokus”



Kreml keçmiş Sovet respublikalarında demokratik hərəkatlarla mübarizə üzrə xüsusi bölmə təsis edib. Bölmənin başçısı isə “Regnum” informasiya agentliyinin rəhəbəri Modest Kolerov təyin edilib.



Həmkarları Kolerovu “antifaşist və nöqsansız əks—inqilabçı” hesab edirlər. İndi onun vəzifəsi keçmiş Sovet respublikalarında “məxməri inqilablar”ın qarşısını almaqdır.



--“Qardian”



Avropa Birliyinin 6 ən iri ölkəsində aparılan sorğuya görə, avropalılar Birliyin tərkibində Türkiyədən daha çox Ukraynanı görmək istərdilər.



Sorğu Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya və Polşada keçirilib.



Sorğuda iştirak edən 6 min respondentin 55 faizi Ukraynanın Avropa Birliyinin bir parçası olmasını istədiyini bildirib. Bu göstərici Türkiyə üçün 45 faizdir.



Sorğunun nəticələri Ukraynanın Birliyə qəbulu kampaniyasına yeni təkan verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG