Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:40

Bugünki qonağımız - 21 yaşlı saç ustası Simuzər Mirzəyevadır...


Səs: Real audio
“Limondan limonad alınacağına zəmanət yoxdur” - Bu sənəti çoxdan istəyirdim, amma kiçik olduğuma görə əhəmiyyət vermirdilər.Hər bir sənət çətindir, bu sənətin də çətinliyi var. Yəni inanmırdılar ki, mən bu işdən baş çıxara bilərəm.

Qonağım 21 yaşlı saç ustası Simuzər Mirzəyevadır. Simuzər uşaqlıqdan saç ustası olmağı arzulasa da, valideynləri onu kulinar kimi görmək istəyiblər.

- Hələ orta məktəbdə oxuyurdum, 9-cu sinifdə. Onda valideynlərim məni oradan çıxartdılar ki, kulinariya sənətinə qoysunlar. Sənədlərimi verdilər ora. O da gözəl sənətdi, maraqlı sənətdi, amma o mən istədiyim sənət deyildi. Ona görə də oranı çətinliklə oxuyub qurtardım.Əslində mən bu sənətə 16-17 yaşımdan gəlməli idim. Amma oxuduğuma görə gecikdim. Peşman deyiləm. İndi də sevinirəm ki, axır ki, öz istədiyim sənətə gəldim.

Simuzər bizə bəzi etiraflar da etdi, bu sənətdə başına gələnlərdən danışdı.

- Bu sənətə təzə başlayanda səhvlərim, gülməli hadisələr, maraqlı şeylər çox olub. Özüm istəməmişəm olsun, amma olub. Əvvəl başqa salonda işləyirdim, orada müdirim qadın idi. O mənə dedi ki, sən mənim saçımı zayovka edə bilərsən, amma əvvəlcə su ilə elə görək necə olur. Mən də onun saçını yığdım kağıza burdum. Onun da saçı qısa-qısa idi. Burdum saçını getdim evə. Qızlara da dedim ki, siz açarsız. Bir az keçdi bir də gördüm ki, zəng gəldi ki, fenini vur qoltuğuna gəl, müştərilər səni gözləyirlər. Mən qaça-qaça gəldim gördüm ki, müdir oturub salonun ortasında saçları da vız-vız yuxarı. Sonra qayıtdı mənə dedi ki, yaxşı ki, dərmannan eləməmisən, yoxsa 6 ay mən vız başnan necə gəzərdim.

Simuzərin bu sənətdə uğurları da az olmayıb. Saç düzümü ilə bağlı Bakıda keçirilən müsabiqədə 2-ci yerə layiq görülüb.

- 2-ci yerə çıxmışam bu müsabiqədə. Diplom da təqdim olunub mənə 2-ci yerə çıxdığıma görə.

Qonağımın bizi dinləyən gənclərə də sözü var.

- Əsas onların fikirlərində, ürəklərində hansı sənətdirsə, onun dalınca getsinlər. Başqa bir sənətə onları qoysalar o sənətdən sənətkar çıxmayacaq onlardan. Özləri istəyib, əziyyət çəkib sənətkar olmalıdırlar.
XS
SM
MD
LG