Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:31
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq Monitorinq Komitəsi Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi təyin edib. Bu haqda qərar Komitənin martın 24-də Berlində keçirilən iclasında qəbul olunub. Məruzəsçi Almaniyanı AŞ PA-da təmsil edən Kristofer Ştrasserdir.

Bu haqda «Azadlıq» radiosuna AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

S.Seyidov deyib ki, onların bu məsələyə münasibəti mənfidir və AŞ PA Azərbaycana ikili standartlarla yanaşır:

«Belə məsələ qalxırsa, bu, başqa ölkələrə də şamil olunmalıdır. Biz başqa ölkələrdə olan bu tipli pozuntuları araşdırıb AŞ PA-nın komitələrinə təqdim edəcəyik».

Arayış

Kristof Ştrasser (Christoph STRÄSSER)

16 iyun 1949-cu ildə anadan olub.

Almaniyanın SPD (Almaniya Sosialist partiyasl) partiyasının üzvüdür.

Avropa Şurası Parlament Assambleyasında 23 yanvar 2006-cı ildən təmsil olunur.

AŞ PA-nın Hüquq və insan haqları və Monitorinq komitələrinin üzvüdür

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG