Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:15

YAP-ın növbəti qurultayında İ. Əliyev bu qurumun sədri seçiləcək


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Martın 26-da Yeni Azərbaycan partiyası özünün 3-cü qurultayını keçirəcək.



Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyir ki, qurultayın gündəliyinə ötən dövr ərzində görülən işlər barədə hesabatın dinlənilməsi və təşkiləti məsələlər daxildir.



Onun sözlərinə görə, təşkilati məsələlər deyəndə ilk növbədə partiyaya sədr seçilməsi nəzərdə tutulur.



Partiyanın sədrinin kim olacağı məsələsinə gəlincə, mətbuat xidməti rəhbəri deyir ki, «İlham Əliyev alternativsiz namizəddir. Partiya üzvləri çoxdandır ki, onun partiyaya sədr seçilməsini gözləyirlər. Bu məsələ qurultayda öz həllini tapacaq».



Hüseyin Paşayev deyir ki, partiyanın Siyasi Şurası və İdarə Heyətində hansı dəyişikliklərin baş verəcəyi qurultayın gedişində müəyyənləşəcək. Bu barədə əvvəlcədən nəsə demək mümkün deyil.



Hüquqşünas İsaxan Aşurovun fikrincə isə, prezidentin siyasi partiya rəhbəri olması qanunla düz deyil. O deyir ki, «Azərbaycan Respublikasının siyasi partiyalar haqqında» qanunu bunu birbaşa qadağan edir. Yəni, prezident heç bir siyasi partiyanın sədri ola bilməz. «Bu ənənə prezident Heydər Əliyevin vaxtında qoyulub. O, prezident olması ilə yanaşı, həm də YAP-ın sədri idi. Həmin ənənə indi də davam etdirilir».



İsaxan Aşurovun sözlərinə görə, bu addımı atan siyasi partiya artıq hüquq müstəvisindən kənara çıxmış olur.
XS
SM
MD
LG