Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:54

İnflyasiyanın əsas səbəbi nədir?


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə ölkə bazarlarında 13 faiz bahalaşma gedib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdan Çingiz Tağıyev isə deyir ki, onların hesablamalarına görə də bir il ərzində inflyasiya 13-14 faiz olub, amma bu, bütün mal və xidmətlərə aid bir hesablamadır, yəni bu siyahıda yağ da, ət də var, paltaryuyan maşın da, tozsoran da. Onun sözlərinə görə, bu malların içində ən çox qiyməti artan ərzaq məhsullarıdır – həmin məhsullar ki əhalinin böyük bir hissəsinin, yəni kasıb ailələrin ərzaq zənbilinin 70-80 faizini təşkil edir. Bu fikri Bakı küçələrində söhbətləşdiyim sakinlər də söylədilər. Çingiz Tağıyev isə deyir ki, gündəlik alınmayan və qiyməti cüzi artan mallar da var ki, Dövlət Statistika Komitəsi inflyasiyanın səviyyəsini hesablayanda həmin mallar da siyahıya daxil edilir və ümumi göstərici aşağı alınır. İqtisadi İnkişaf Assosiasiyasının sədri Orxan Kərimov isə hökumətin bu il 5 faiz inflyasiya gözlənilməsi ilə bağlı proqnozunu real saymır.

Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Əli Əlirzayev deyir ki, artıq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir və indiki dövrdə hökumətin inflyasiyanın səviyyəsini əvvəlki kimi cilovlamaq imkanları azalıb. Bundan başqa onun sözlərinə görə, dünyada neftin qiymətinin artması, 50 dolları keçməsi Azərbaycana xeyir verməklə yanaşı, ziyan da vurur. Dünyada neftin qiymətinin artması əksər malların bahalaşmasına gətirib çıxarır və Azərbaycan xaricdən aldığı malları əvvvəlki qiymətdən baha idxal etməli olur. Əli Əlirzayev dünyanın başqa aparıcı valyutalarına nisbətən qiymətdən düşən dolların da Azərbaycanda inflyasiya proseslərinə səbəb olduğunu deyir. Amma parlamentin iqtisadi siyasət komisiyasının sədr müavinindən fərqli olaraq «Trend» Agentliyinin eksperti İbrahim İbrahimov düşünür ki, neftin bahalaşması və dolların ucuzlaşması Azərbaycanda inflyasiyanın əsas səbəbləri deyil. Əsas səbəb dövlətin büdcə xərclərini artırması, maaşların qaldırlması və ərzaq malları bazarında süni qiymət artımlarıdır.
XS
SM
MD
LG