Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:04

MN atəşkəsin pozulması haqda məlumatı təkzib edir


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Müdafiə Nazirliyi mətbuat xidməti martın 23-də Ağdam rayonu istiqamətində atəşkəsin pozulması haqda yerli telekanallarda yayılan məlumatları təkzib edir.



Həmin məlumatlarda martın 23-ü, gecə Ağdamın işğal olunmuş Şıxlar və Qərvənd kəndindəki erməni silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutduğu bildirilirdi.



Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev əvvəllər telekanalların bölgə müxbirlərinin bəzi informasiyalarını təsdiqləsələr də, bu məlumatın həqiqətə uyğun olmadığını bildirdi.



İlqar Verdiyevin sözlərinə görə, Dağlıq Qarabağdakı işğalçı rejimin guya atəşkəsin Azərbaycan tərəfdən pozulması haqda iddiaları da yalandır.



Qarabağdakı erməni rejimi “Regnum” agentliyinə bildirib ki, Azərbaycan ordusunun təmas xəttindəki hərbi postları irəli çəkməsi atəşkəsin pozulmasına səbəb olur. Onlar hətta bəzi istiqamətlərdə ATƏT-in Minsk Qrupunun yeni monitorinqlər keçirməsini də istəmişdilər.



İlqar Verdiyev Tərtərin Qapanlı kəndi istiqamətində belə bir monitorinqin keçirildiyini, ancaq bu iddiaların təsdiqlənmədiyini dedi.



O, eyni istiqamətdə azaraq əsir düşən 3 Azərbaycan əsgərinin qaytarılması üçün hələ danışıqların getdiyini bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG