Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:18

Beynəlxalq Muğam Festivalının qalibləri məlum oldu


Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimi martın 20-də Beynəlxalq Muğam Mərkəzində olub
Bakıda keçirilən Beynəlxalq Muğam Festivalının qalibləri müəyyənləşib. Mədəniyyət və Turizm Nazirliyinin musiqi sektorunun rəhbəri Fərəh Əliyevanın «Azadlıq» radiosunun «Can Bakı» proqramına verdiyi məlumata görə, festivalın baş mükafatını - qran-prini Azərbaycandan Təyyar Bayramov qazanıb.

Sonrakı yerlər aşağıdakı kimi bölüşdürülüb:

1-ci yer: Yıldız Turbiyeva (Özbəkistan)
2-ci yer: Muhammed Mutemadi (İran)
3-cü yer: Mustafa Səid (Misir)

Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi «xaricdən gələn ifaçılar arasında ən yaxşı Qarabağ şikəstəsi oxuyan» nominasiyası üzrə qalib Xurşud İbrahimov olub (Tacikstan).

Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi «ən gənc ifaçı» mükafatı isə Arzu Əliyevaya qismət olub (Azərbaycan).

Təhsil Nazirliyinin təsis etdiyi «ən yaxşı müşayiətçi» mükafatı isə Elçin Haşımov və Elnur Əhmədova (Azərbaycan) verilib.

Festivalın qran-prisini qazanan azərbaycanlı Təyyar Bayramov 20 min avro alacaq. Birinci mükafatı alan isə Yıldız Turbiyevaya isə 15 min avro veriləcək.

Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimi martın 20-də Beynəlxalq Muğam Mərkəzində olub.

Festivalda Azərbaycanla yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr təmsil olunurdu.

Şərhləri göstər

XS
SM
MD
LG